Icma.az
close
up
RU
Azərbaycanda rus məktəbləri bağlanmalıdır? Məqsəd milli kimliyi gücləndirməkdirsə, bunun yolu...

Azərbaycanda rus məktəbləri bağlanmalıdır? Məqsəd milli kimliyi gücləndirməkdirsə, bunun yolu...

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Əgər ölkədə rus məktəbləri qalacaqsa, Azərbaycana təhdid davam edəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri MediaTürk TV-yə deputat Elşad Musayev bildirib.

Deputat bildirib ki, övladlarımız çoxlu dil bilməlidirlər, lakin rusdilli təhsil alan şagirdlərlə ölkəmiz üçün təhlükə yaradan nəsil yaratmağa yol verməməliyik:

“Bu uşaqları kimin üçün yetişdiririk? Rusiya istəyir ki, Azərbaycan qapazaltı dövlət olsun, inkişaf eləməsin. Biz ona görə də bunlara yerini, həddini bildirməliyik. Azərbaycanı sevən kim varsa, bu məsələdə konkret mövqeyini bildirməlidir”.

E.Musayev qeyd edib ki, bizim strateji xəttimiz Türk dünyası ilə bağlıdır. Ona görə də buna uyğun addım atmalıyıq. Təhsil siyasətimizi də bu xəttə uyğunlaşdırmalıyıq.

“ Nəyə görə biz rus düşüncəli yeni nəsil yetişdirməliyik? Azərbaycanda rus təəbəliyində yaşamaq istəyənlərin sayı milli qüvvələrdən qat-qat çoxdur və bu insanlar nümayişkəranə şəkildə açıq-aşkar rusca danışırlar. Bu Azərbaycan xalqına meydan oxumaq deməkdir. Belə insanlara milli qüvvələr olaraq cavab verməliyik".

Bəs təhsil ekspertləri bu mövzuda nə fikirləşir?

Kamran Əsədov: Məsələyə tələsik yanaşmaq sosial parçalanmaya və narazılığa səbəb ola bilər

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda rus bölməsində təhsil alan şagirdlərin sayı son illərdə müəyyən dərəcədə azalsa da, bu bölmə hələ də cəmiyyətdə əhəmiyyətli bir yer tutur.

Müsahibimiz nəzərə çatdırıb ki, 2023-cü ilin statistikasına görə, ölkə üzrə ümumtəhsil məktəblərində təhsil alan 1.6 milyon şagirdin təxminən 7-8%-i rus bölməsində oxuyur ki, Bakı və digər iri şəhərlərdə göstərici daha yüksəkdir. Bu, on minlərlə ailənin rus bölməsinə üstünlük verməsi deməkdir və belə bir kütləvi dəyişiklik üçün cəmiyyətin hazır olub-olmaması ciddi sual doğurur.

Onun sözlərinə görə, rus məktəblərinin bağlanması təkcə şagirdlərə deyil, həm də müəllimlərə, təhsil sisteminə və ümumi işçi bazarına təsir edəcək. Ekspert vurğulayıb ki, istənilən dövlət dil siyasətini və təhsil sistemini strateji şəkildə qurmalı, sosial parçalanma yaratmadan tədrici dəyişikliklər etməlidir:

“Məsələn, Qazaxıstan illərdir rus məktəblərinin sayını azaltmağa çalışır, amma bunu kəskin qərarlarla yox, mərhələli şəkildə edir. 2019-cu ildən etibarən Qazaxıstanda rus bölməsində oxuyanların faizi azalmağa başlasa da, rus dili rəsmi olaraq təhsil və administrativ sektorda əhəmiyyətini qoruyub saxlayır. Türkiyə nümunəsi isə fərqlidir. Bu ölkədə uzun illər ərzində müxtəlif dillərdə, xüsusilə də ingilis və alman dillərində təhsil verən məktəblər fəaliyyət göstərir. Əgər Türkiyə və digər inkişaf etmiş ölkələr qlobal dildə təhsili dəstəkləyirsə, Azərbaycanın tam əks addım atması nə qədər məntiqlidir?”

Müsahibimizin sözlərinə görə, rus dili bu gün postsovet məkanında, xüsusilə iqtisadi və elmi sahələrdə mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri Rusiya olduğundan, bu dili bilən kadrların olması ölkə üçün strateji üstünlük yaradır.

Əsədov onu da vurğulayıb ki, bəzi təhlillərə görə, Azərbaycan iqtisadiyyatında mühüm yerlərdən birini tutan ticarət sektorunda çalışanların təxminən 40%-i rus dili biliyindən istifadə edir və əgər rus məktəbləri bağlanarsa, bu dildə təhsil almaq istəyənlər alternativ yollar axtaracaq, nəticədə ya xaricdə oxumağa üz tutacaq, ya da özəl kurslara müraciət edəcək. Bu isə sosial bərabərsizlik yaradacaq, çünki ödənişli təhsil hər kəs üçün əlçatan deyil:

“Məsələnin təhlükəsizlik aspektinə gəldikdə, burada əsas sual odur ki, rus bölməsində oxuyan vətəndaşlar ölkəyə hansı formada təhlükə yaradır? Əgər bu arqument əsaslıdırsa, bunun statistik göstəricilərlə sübut edilməsi vacibdir. Azərbaycanda rus bölməsində təhsil alan vətəndaşların siyasi baxışlarının və dövlətə sadiqlik səviyyəsinin ciddi fərqləndiyinə dair elmi əsaslandırılmış bir araşdırma yoxdur. Əksinə, rusdilli təhsil almış bir çox azərbaycanlı milli maraqlara xidmət edir, ölkənin elmi və diplomatik əlaqələrində mühüm rol oynayır. Sadəcə, bu qrupun fərqli mədəni təsirlərə məruz qalması onların avtomatik olaraq təhlükə yaratması anlamına gəlməz”.

Ekspert əlavə olaraq qeyd edib ki, Qazaxıstan rus məktəblərinin bağlanmasını mərhələli həyata keçirib, eyni zamanda rus dilini tədricən məcburi fənn olmaqdan çıxarıb. Bunun nəticəsində rusdilli təhsilə maraq azalıb və valideynlər uşaqlarını ana dilində təhsilə yönləndirməyə başlayıblar. Ancaq eyni zamanda, Qazaxıstan rus dilində dərs deyən universitetləri qoruyub saxlayıb. Buna səbəb ali təhsildə çoxdilliliyinin ölkənin beynəlxalq əlaqələrini gücləndirməsidir.

Estoniya və Latviya kimi ölkələrin isə daha radikal addımlar ataraq rus bölmələrini tamamilə bağladığını söyləyən K.Əsədov bunun nəticəsində cəmiyyətin müəyyən hissəsində etnik və dil probleminin dərinləşdiyini nəzərə çatdırıb:

“Azərbaycanda bu məsələyə tələsik yanaşmaq sosial parçalanmaya və narazılığa səbəb ola bilər. Əgər məqsəd milli kimliyi gücləndirməkdirsə, bunun yolu rus məktəblərini bağlamaq yox, Azərbaycan dilinin tədrisini gücləndirmək, keyfiyyətli dərsliklər hazırlamaq və Azərbaycan məktəblərinin cazibədarlığını artırmaqdır. Hazırda bəzi valideynlər rus məktəblərini sırf daha yaxşı tədris keyfiyyəti və fənlərin dərin öyrədilməsi səbəbilə seçirlər. Əgər Azərbaycan məktəblərində təhsilin keyfiyyəti yüksəlməzsə, insanlar fərqli alternativlər axtaracaq və bu, ölkədə özəl məktəblərə olan tələbi artıracaq”.

Digər bir məqamın isə çoxdilli təhsilin müasir dünyada verdiyi üstünlük olduğunu bildirərək xatırladıb ki, Finlandiya, İsveç və Kanada kimi ölkələrdə çoxdilli təhsil modelinə üstünlük verilir və bu, şagirdlərin qlobal əmək bazarında daha çevik olmasına imkan yaradır.

Həmsöhbətimizin fikrincə, Azərbaycan üçün ən ideal yanaşma, rus məktəblərini birdən-birə bağlamaq əvəzinə, çoxdilli təhsil modelini inkişaf etdirmək, rus və digər xarici dilləri seçmə fənn kimi gücləndirmək və Azərbaycan dilində təhsilin keyfiyyətini artırmaq olar:

“Nəticə olaraq, rus məktəblərinin bağlanması qısa müddətli milli təhlükəsizlik və ideoloji məsələlər baxımından müəyyən qruplar üçün məqbul görünə bilər, lakin uzunmüddətli perspektivdə həm təhsil sisteminə, həm də Azərbaycanın qlobal rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər. Bunun əvəzinə, dövlət Azərbaycan dilini əsas prioritet kimi qoruyaraq, paralel şəkildə çoxdilli təhsil imkanlarını gücləndirməli və mərhələli şəkildə təhsil sistemini yenidən formalaşdırmalıdır. Azərbaycan cəmiyyətini tək bir dildə təhsilə məcbur etmək yox, ona daha geniş və çoxşaxəli imkanlar təqdim etmək milli maraqlara daha çox xidmət edər”.

Elşən Qafarov: Şərait yaradılmalıdır ki, qeyri-dillərdə ödənişli əsaslarla təhsil həyata keçirilsin

Bakıvaxtı.az-a danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov isə bildirib ki, ölkədə olan 4352 məktəbdən təqribən 320-də rus bölməsi var və bu rus bölməsində təhsil alanlar da Azərbaycan Respublikasının vətəndaşlarıdır.

Qeyd edib ki, “Təhsil haqqında” qanunun 7-ci maddəsi, “Ümumtəhsil haqqında” qanunun 6-ci maddəsinə əsasən dövlət standartlarına uyğun olaraq digər dillərdə təhsil aparıla bilər.

Hazırda rus bölməsində vəziyyətin çox kritik olduğunu deyən E.Qafarovun sözlərinə görə, bu bölmədə müəllim çatışmazlığı var və Bakıda 60 nömrəli, 23 nömrəli, 145 nömrəli məktəblər vaxtilə rus bölməsinin daha çox üstünlük təşkil etdiyi məktəblər olsa da onların özlərində belə rus bölməsində 1-ci siniflərdə azalma müşahidə olunur.

Ekspert nəzərə çatdırıb ki, şagirdlərin sayında azalma rus bölməsində yuxarı siniflərdə müəllim çatışmazlığı ilə bağlıdır ki, bu da şagirdlərin istər ali məktəblərə hazırlığı, istərsə də tədris proqramlarını mənimsəməsində çətinliklər yaradır:

“Mənim şəxsi fikrim odur ki, zamanla bu məsələyə son qoyulmalıdır. Azərbaycan Respublikasında “Təhsil haqqında” qanunun 7-ci, “Ümumtəhsil haqqında” qanunun 6-cı maddələrinin 1-ci hissələrində göstərildiyi kimi təhsil dövlət dili olaraq Azərbaycan dilində olmalıdır. Məktəblərə şərait yaradılmalıdır ki, digər dillərdə də dövlət standartlarına uyğun olaraq ödənişli qaydada təhsil həyata keçirilə bilsin. Kim rus bölməsində təhsil almaq istəyirsə və yaxud da ingilis bölməsində təhsil almaq istəyirsə, bu, ödənişli qaydada həyata keçirilsin və buna şərait yaradılsın”.

Hazırda rus bölməsində “Azərbaycan dili”, “Zəfər tarixi” və “Çağırışaqədərki hazırlıq” dərslərinin dövlət dili olaraq Azərbaycan dilində tədris olduğunu diqqətə çatdıran ekspertin fikrincə “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Azərbaycan ədəbiyyatı” fənləri də Azərbaycan dilində tədris olunmalıdır:

“Dövlət hesabına olan təhsil dövlət dili olaraq Azərbaycan dilində olmalıdır. Bu məsələ ilə bağlı müəyyən addımlar atılmalıdır. Zamanla isə məktəblərə şərait yaradılmalıdır ki, qeyri-dillərdə ödənişli əsaslarla təhsil həyata keçirilə bilsin”.

İlqar Orucov: Rusdilli məktəblərdə oxuyanları təhlükə kimi görmək düşüncəsinin özü təhlükəlidir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə bildirib ki, Azərbaycanda rus məktəbləri qaldığı müddətdə Azərbaycana təhdidin davam edəcəyi fikri düzgün deyil. Onun sözlərinə görə, fərqli ölkələr tərəfindən ölkəmizə qarşı zaman-zaman təhdidlər olub və bu təhdid və təzyiqlərin gələcəkdə də olması istisna deyil.

İ.Orucov nəzərə çatdırıb ki, prezident İlham Əliyev hər zaman çıxışlarında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mahiyyətində Azərbaycan insanının və dövlətinin maraq və manefələrinin qorunmasının dayandığını qeyd edir. Ekspert bildirib ki, Azərbaycan hər zaman müstəqil siyasət aparır və Azərbaycanda müxtəlif maraqları olan dövlətlərdən biz təhdid və təzyiqləri gözləyə bilərik.

“Ona görə də bu təhdid və təzyiqlərin rus dilini bilən Azərbaycan vətəndaşlarının köməyi ilə həyata keçiriləcəyi ilə bağlı qorxulu məqam olduğunu düşünmürəm. Azərbaycanda Vətən uğrunda canından keçən nə qədər rus bölməsini bitirən insanlar görmüşük. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycan multikultural ölkədir. Azərbaycan burada yaşayan bütün xalqların milli dəyərlərinə və varlığına hörmət edən ölkədir. Rusdilli olduğu üçün birini qaralamaq doğru yanaşma deyil. Hesab edirəm ki, məktəbin birinci növbədə vəzifəsi vətəndaş yetişdirməkdir. Azərbaycanda yaşayan bütün insanlar bu dövlətin dilini bilməli və hörmətlə yanaşmalıdırlar”.

İ.Orucov vurğulayıb ki, Azərbaycanda rusdilli məktəblərdə oxuyan uşaqları təhlükə kimi görmək düşüncəsinin özü təhlükəlidir. Onun sözlərinə görə,  Azərbaycanda rus dilini bilən xeyli sayda vətəndaşlarımız var və onların vətəndaş olaraq yararsız olduğunu düşünmək qəbahətdir:

“Təhdid bir çox hallarda heç o dili bilməyən insanlar tərəfindən həyata keçirilir. Bu dövlətə qarşı düşmən mövqedə duran və ayrı-ayrı dövlətlər tərəfindən ələ alınmış insanların içində mütləqmi həmin dövlətin dilini biliblər?! Təbii ki, bu, artıq şəxsiyyətin natamamlığından irəli gəlir. Şəxsiyyətin formalaşması yalnız məktəbdə baş vermir. Burada ailənin də, cəmiyyətin də rolu var.

Sadəcə olaraq, onlar həvəskar olaraq “Mən də bir söz deyim”, “Mən də kimisə hədəfə alım” düşüncəsi ilə danışırlar amma bu, çox yanlışdır”.

Müsahibimiz deputat Elşad Musayevin şəxsiyyətinə fikirlərinə hörmətlə yanaşdığını deyərək, bildurub ki, məsələ bundan ibarətdir ki, son günlər sosial şəbəkələrdə, mətbuatda, cəmiyyətdə bilən də, bilməyən də həvəskar bir yanaşma ortaya qoyur:

“Elşad müəllimi hədəf alaraq demirəm. Amma bütün mənada uşaqların çox dil bilməsi çox yaxşıdır”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bir insanın hansı dildə təhsil almasının dövlətə xidmət etməsində rolu yoxdur.

Son olaraq söyləyib ki, rusdilli məktəblərin artıb-azalması bizim işimiz deyil. Dövlətin həyata keçirdiyi bir siyasət var. Dövlətin siyasi rəhbərliyi nəyi nə zaman etməyi yaxşı bilir:

“Tam səmimi deyim ki, rus dilində yaxşı təhsil görmüş adam hesab edirəm ki, şəxsiyyəti tamdırsa, heç zaman öz dövlətinə qarşı təhdid vasitəsi kimi istifadə oluna bilməz. Əgər Azərbaycan dilində təhsil almış şəxsin şəxsiyyəti natamamdırsa, biz ondan narahat olmalıyıq. Yəni, şəxsiyyət tam olmalıdır”.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Fevral 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see330

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see171

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see167

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see140

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see139

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see139

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see137

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see136

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see132

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see132

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see131

Azərbaycanlı kulturoloq UNESCO nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görülüb

14 Oktyabr 2025 17:27see127

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see123

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri