Azərbaycanda son 6 ildə KOB subyektlərinin sayı 74 % artıb
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son 6 ildə Azərbaycanda KOB subyektlərinin sayı 74 % artaraq 424 min keçib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu dövrdə KOB-ların yaratdığı əlavə dəyərin məbləği 2 dəfədən çox artaraq 10 milyard manatdan 21 milyard manata çatıb, sektorun məşğulluq göstəricisi isə 47 % artım nümayiş etdirib.
"Özəl sektorun inkişafı, mikro, kiçik və orta biznes subyektlərinin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Sahəvi görüşlər, regional müzakirələr, sorğular, bizneslərə birbaşa səfərlər vasitəsilə sıx ünsiyyət əsasında əldə edilmiş məlumat və ehtiyaclar sırf KOB subyektləri üçün ünvanlı dəstək mexanizmlərinin hazırlanmasına imkan verib. Ümumilikdə 70 minə yaxın KOB subyekti və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər bu dəstəklərdən yararlanıb. İndiyə qədər KOB evlərində 1,5 milyondan artıq xidmət göstərilib. KOB evinin rəqəmsal modeli olan Elektron KOB evi portalından da artıq istifadə etmək mümkündür", - deyə sədr əlavə edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 29 Aprel 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















