Icma.az
close
up
RU
Azərbaycanda SSRİ bayraqları qadağan olunub? Bu şəxsləri 3 ilədək həbs gözləyir

Azərbaycanda SSRİ bayraqları qadağan olunub? Bu şəxsləri 3 ilədək həbs gözləyir

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Bakıda SSRİ bayraqları ilə yürüş təşkil etməyə cəhd edən şəxslərin saxlanılması ictimai mühitdə geniş müzakirələrə səbəb olub. Hadisə kommunist ideologiyasının sosial şəbəkələrdə təbliği ilə bağlı yeni hüquqi suallar doğurur. Ekspertlər bildirirlər ki, məsələ təkcə simvollarda deyil, həmin simvolların istifadə forması və davranış məzmunundadır.

Məsələ ilə bağlı “Yeni Sabah”a hüquqşünas Tağı Hüseynov vurğulayıb ki, sovet simvolları yalnız ictimai qaydanın pozulmasına səbəb olan halda məsuliyyət yarada bilər:

“Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində SSRİ bayrağı, gerbi və digər sovet simvollarının istifadəsini və ya onların haradasa asılmasını xüsusi olaraq qadağan edən ayrıca bir norma mövcud deyil. Yəni sovet bayrağını kimsə evində saxlaya və ya nümayiş etdirə bilər; hətta yalnız evində deyil, sovet simvollarını ümumi şəkildə müxtəlif yerlərdə saxlamaq da mümkündür. Həmçinin müəyyən tarixi hadisələrlə bağlı olaraq, bu simvolları sadəcə tarixən belə bir quruluşun mövcud olduğunu göstərmək məqsədilə sosial şəbəkələrdə və digər platformalarda paylaşmaq da mümkündür. Muzeylərdə və sərgilərdə nümayiş etdirilməsi də qanun pozuntusu hesab edilə bilməz”.

Hüquqşünas qeyd edib ki, sovet simvollarından istifadə edərək icazəsiz aksiya keçirilməsi və ya asayişin pozulmasına cəhd artıq hüquqi qiymətləndirmə tələb edir:

“Qadağa yalnız bu simvolların başqa məqsədlər üçün xüsusilə dövlət çevrilişinə çağırış və ya konstitusiya quruluşunun dəyişdirilməsinə təşviq üçün istifadə edildiyi hallarda tətbiq olunur. Məsələnin mahiyyəti budur. Kimsə əlində bayraq tutursa və bununla bağlı hansısa icazəsiz aksiya keçirirsə, bu hal bayrağın özünə deyil, həmin şəxsin icazəsiz aksiya keçirməsinə və səsləndirdiyi çağırışlara aiddir. Əgər çağırış konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlibsə, bu artıq cinayət məsuliyyəti yaradır”.

Tağı Hüseynov bildirib ki, sovet rejiminin bərpasına çağırışın edilməsi və Azərbaycanın müstəqilliyinin şübhə altına alınması cinayət məsuliyyətinə səbəb ola bilər:

“Cinayət Məcəlləsinin 233-cü maddəsi – “İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə” məhz belə halları nəzərdə tutur. Yəni sovet simvollarından istifadə edərək ictimai asayişin pozulması, qanunsuz və icazəsiz aksiya keçirilməsi artıq tamam başqa məsələdir. Bu halda, məsuliyyət simvola görə deyil, törədilən əmələ görə tətbiq olunur və dövlət həmin əməlin hüquqi qiymətləndirilməsini verir. Yəni hüquq pozuntusu  şəxsin əlində tutduğu simvol deyil, onun törətdiyi davranışdır.

Məsələn, hər hansı rejimin, o cümlədən, sovet rejiminin bərpasına çağırış edilməsi zamanı məsuliyyət simvolların özündən qaynaqlanmır. Problem çağırışın məzmunundadır. Əgər kimsə Azərbaycanın müstəqilliyini şübhə altına alır, “gəlin, başqa dövlətin tərkibinə keçək”, “kaş SSRİ yenidən yaransa və biz onun tərkibində olsaq” kimi fikirlər irəli sürürsə, yaxud hakimiyyətə qarşı təbliğat aparırsa, bu kimi halların hamısı həmin maddə üzrə cinayət məsuliyyəti yarada bilər”.

Qeyd edəki ki, Cinayət Məcəlləsinin 233-cü maddəsinin (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) tələblərini pozan şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Noyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri