Icma.az
close
up
RU
Bakıda evlərin qiyməti niyə Avropa səviyyəsinə çatıb?

Bakıda evlərin qiyməti niyə Avropa səviyyəsinə çatıb?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə Azərbaycanda əmlak bazarında kəskin qiymət artımı müşahidə olunur.

Həm yeni tikililərin, həm də fərdi evlərin qiymətləri əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Ölkədə mənzil qiymətləri artıq Avropa səviyyəsinə çatıb. 

Bu vəziyyət yalnız əmlak bazarına təsir göstərmir, həm də vətəndaşların gündəlik həyatına, gənc ailələrin ev sahibi olma imkanlarına və ailə büdcəsinə birbaşa təsir edir.

Azərbaycanda mənzillərin qiymətləri niyə Avropa səviyyəsinə çatıb?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, ötən il əmlak bazarında tələb təklifi üstələyib:

“Əmlak bazarı digər bazarlar kimi özü-özünü tənzimləyən bir bazardır. Buna görə də tələbat artdıqca qiymətlərin yüksəlməsi qaçılmaz olur. Məhz bu səbəbdən 2025-ci il ərzində əmlak bazarında ciddi “çiçəklənmə” dövrü müşahidə olundu.

Tələb təklifi üstələdi və nəticədə qiymət artımı baş verdi. Ümumiyyətlə, son bir neçə ildir ki, əmlak qiymətlərində davamlı artım qeydə alınır ki, bu da tələbatın yüksək olması ilə birbaşa bağlıdır.

Əsas qiymət artımı ipotekaya yararlı, çıxarışı olan yeni tikililərdə, eləcə də Sovet dövründə inşa edilmiş doqquz mərtəbəli binalarda müşahidə olunur. İstər yerli, istərsə də xarici investorlar Azərbaycan əmlak bazarına böyük maraq göstərirlər. Burada kirayə faktoru da mühüm rol oynayır.

Məsələn, 150–170 min manata alınan bir mənzili aylıq 700–800 manata rahatlıqla kirayə vermək mümkündür ki, bu da əlavə gəlir əldə etməyə imkan yaradır.

Nəzərə alsaq ki, hər il satış qiymətləri ilə yanaşı kirayə qiymətləri də müəyyən faiz dərəcəsində artır, bu hal əmlaka yatırım edən investorların qazancını daha da yüksəldir. 

Yəni investor həm mənzili kirayə verərək gəlir əldə edir, həm də əmlakın dəyərinin artması hesabına əlavə qazanc qazanır. Bu səbəbdən əmlak sektoruna maraq artır və bu sahəyə yatırımlar genişlənir”.

Onun sözlərinə görə, ev qiymətlərinin artımını birbaşa valyuta faktoru ilə əlaqələndirmək düzgün deyil:

“Hazırda ölkədə bütün əmlak alqı-satqısı Azərbaycan manatı ilə həyata keçirilir. Əmlak alanların əsas hissəsi yerli vətəndaşlar olduğuna görə xarici valyutanın bazara təsiri elə də əhəmiyyətli deyil. Qiymət artımının digər mühüm səbəblərindən biri Bakı şəhəri və ətraf qəsəbələrdə aparılan yenidənqurma işləridir.

İstismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan binalar sökülür, əvəzində ya mülkiyyətçilərə yeni mənzil verilir, ya da kompensasiya ödənilir. Kompensasiya alan vətəndaşlar yenidən əmlak bazarına daxil olaraq mənzil alırlar ki, bu da bazarda alıcı sayını artırır və qiymətlərə təsir göstərir.

Bundan əlavə, müharibədən sonra Azərbaycana, xüsusilə Bakı şəhərinə xarici investorların marağı artıb. Qonşu ölkələrdən, o cümlədən Rusiyadan, qardaş ölkə Türkiyədən və Azərbaycanla yaxın münasibətləri olan digər ölkələrdən olan vətəndaşların ölkəmizdə əmlak almağa marağı yüksəlib. Bu amil də bazara öz təsirini göstərir”.

Ekspert qeyd edib ki, qiymət artımına təsir edən digər faktor ipoteka şərtlərinin nisbətən asanlaşdırılmasıdır:

“İstər dövlət xəttilə, istərsə də bankların daxili kreditləri hesabına ipoteka ilə mənzil alanların sayının artması bazarda tələbatı yüksəldir və bu da qiymətlərə təsirsiz ötüşmür.

Hazırda xarici investorlarla müqayisədə yerli investorlar əmlaka yatırım etməyə daha çox maraq göstərirlər. Yerli investorlar əsasən yeni tikililərdə təmirsiz mənzillər alaraq onları təmir edir, daha sonra isə yaxşı qiymətə satışa çıxararaq qazanc əldə edirlər. 

Bu metod Bakı şəhərində yerli investorların ən çox istifadə etdiyi yanaşmalardan biridir. Hər ötən gün bu üsulla işləyənlərin sayı artır və bu da mənzil bazarına təsir göstərir.

Yerli investorlar təmirsiz mənzil alaraq ilkin mərhələdə büdcələrinə qənaət edir, sonradan isə təmirə yatırılan vəsait hesabına mənzilin dəyərini artıraraq sərmayələrindən gəlir əldə edirlər”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: evlər Anar Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri