Icma.az
close
up
RU
Azərbaycanda təbii qaz tariflərinin dəyişməsi: Təsir və regional müqayisə TƏHLİL

Azərbaycanda təbii qaz tariflərinin dəyişməsi: Təsir və regional müqayisə TƏHLİL

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tarif Şurasının 2025-ci il yanvarın 2-də qəbul etdiyi təbii qazın yeni tarifləri ölkədə əhali istehlakçılarına təsirləri və qonşu ölkələrlə qiymətlərin müqayisəsini ön plana çıxarır. Bu dəyişikliklər, eyni zamanda, Azərbaycanın enerji siyasətinin iqtisadi dayanıqlığını təhlil etmək üçün mühüm imkanlar yaradır.

Tarif dəyişikliyinin əhali istehlakçılarına təsiri

Yeni tariflər çərçivəsində əhali istehlakçıları üç əsas sərfiyyat kateqoriyalarına bölünüb. Belə ki, illik sərfiyyatı 1200 m³-dək olan istehlakçılar ümumi əhali istehlakçılarının 48 %-ni təşkil edir. Onlara tarif dəyişikliyi nəticəsində artan illik xərc 3 manat 84 qəpik (aylıq xərc 32 qəpik, günlük isə 1,05 qəpik) təşkil edəcək. Minimal sərfiyyatla yaşayan ev təsərrüfatları üçün bu təsir nisbətən aşağı qiymətləndirilir.

İllik sərfiyyatı 1200-2500 m³ arasında olan istehlakçılar əhali istehlakçılarının 39 %-ni əhatə edir. Tarif dəyişikliyinin bu qrupa illik təsiri orta hesabla 17 manat 16 qəpikdir (aylıq xərc 1 manat 43 qəpik, günlük isə 4,7 qəpik). Bu qrup adətən orta ölçülü ailələri əhatə edir və təsirin əhəmiyyətli hissəsi qış aylarında daha çox hiss ediləcək.

İllik sərfiyyatı 2500 m³-dən çox olan istehlakçılar isə əhali istehlakçılarının yalnız 13 %-ni təşkil edir, lakin onların illik artan xərc göstəricisi daha yüksəkdir – 89 manat 52 qəpik (aylıq xərc 7 manat 46 qəpik, günlük isə 24,5 qəpik). Daha böyük mənzillər və ya yüksək enerji tələbatı olan ev təsərrüfatlarında bu dəyişiklik ciddi təsir göstərə bilər.

Tariflərin artımı yalnız sosial-iqtisadi təsirlərlə məhdudlaşmır. Xüsusilə iri təsərrüfatlar üçün enerji xərclərinin yüksəlməsi onları alternativ həll yolları axtarmağa sövq edir. “Yaşıl enerji”, xüsusilə günəş panellərinin quraşdırılması və digər bərpa olunan enerji mənbələrinə keçid, bu təsərrüfatlar üçün getdikcə daha çox cəlbedici seçimə çevrilir.

Azərbaycanda günəş enerjisi stansiyaları artıq bir neçə bölgədə fəaliyyət göstərir. Məsələn, Qaradağ Günəş Elektrik Stansiyası ölkənin ilk böyükmiqyaslı günəş enerjisi layihələrindən biridir. Bu stansiya ildə minlərlə ton karbon emissiyasını azaltmağa imkan verir. Bundan əlavə, işğaldan azad olunmuş ərazilər, xüsusilə Qarabağ və Şərqi Zəngəzur, "yaşıl enerji zona"sına çevrilir. Burada günəş və külək enerjisindən istifadə üçün infrastrukturun yaradılması nəzərdə tutulub.

Ev təsərrüfatları üçün günəş panellərinin quraşdırılması enerji xərclərini azaltmaq üçün effektiv üsuldur. Xüsusən də enerji sərfiyyatı yüksək olan böyük ev təsərrüfatları üçün bu, həm iqtisadi, həm də ekoloji baxımdan səmərəli seçimdir. Dövlətin bu sahəyə dəstək mexanizmləri – məsələn, subsidiyalar və ya güzəştli kreditlər – əhali arasında “yaşıl enerji”yə keçidi sürətləndirə bilər.

Regional qiymət müqayisəsi

Təbii qazın qiyməti təkcə daxili istehlakçılar üçün deyil, həm də regional rəqabətlilik baxımından önəmli faktordur. Azərbaycanın qonşu ölkələrdəki təbii qaz tarifləri ilə müqayisəsi belədir:

- Azərbaycan: 125-300 manat/1000 m³

- Gürcüstan: 219-328 manat/1000 m³

- Türkiyə: 462-519 manat/1000 m³

- Ermənistan: 430-618 manat/1000 m³

Azərbaycanda təbii qaz qiymətlərinin qonşu ölkələrlə müqayisədə daha aşağı olması ölkənin öz resurslarına malik olmasından irəli gəlir. Azərbaycanın təbii qaz istehsalçısı olması və geniş qaz ehtiyatlarına sahib olması daxili bazarda qiymətlərin aşağı səviyyədə qalmasını təmin edir. Bununla yanaşı, ölkənin qonşu ölkələrə – Türkiyə və Gürcüstana – qaz ixracı həyata keçirməsi, ixrac gəlirləri vasitəsilə daxili istehlakçılar üçün daha əlverişli tariflərin tətbiqinə imkan yaradır.

Bu vəziyyət enerji siyasətinin milli maraqlar üzərində qurulduğunu göstərir. Azərbaycan qaz istehsalçısı olduğu üçün daxili istehlakçılara qazın daha sərfəli qiymətə çatdırılması mümkündür, halbuki Ermənistan, Türkiyə və Gürcüstan kimi qaz idxal edən ölkələr təbii olaraq daha yüksək tariflərlə üzləşirlər.

İxrac perspektivləri də Azərbaycanın strateji üstünlüyünü artırır. Hal-hazırda 12 bazara qaz ixrac edən ölkə, gələcəkdə yeni bazarlara çıxış imkanlarını artıraraq həm gəlirlərini artırmağı, həm də enerji sektorunda regional liderliyini möhkəmləndirməyi hədəfləyir. Bu da Azərbaycanın həm daxili, həm də xarici istehlakçılar üçün əlverişli şərait yaratmaq qabiliyyətini təsdiqləyir.

Eyni zamanda, Azərbaycanın təbii qazın daxili qiymətini aşağı saxlaması əhalinin sosial rifahının qorunmasına xidmət edir. Aşağı sərfiyyatlı istehlakçılar üçün minimal təsirli tariflərin tətbiqi sosial ədaləti təmin edir. Yüksək sərfiyyatlı kateqoriyalar üçün tariflərin artırılması isə enerji effektivliyini artırmağa və resurslardan daha səmərəli istifadəni təşviq etməyə şərait yaradır.

Bu balanslaşdırılmış yanaşma Azərbaycanın daxili sosial siyasətinin və regional enerji təchizatında etibarlı tərəfdaş kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Yanvar 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see232

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see229

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see217

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see188

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see186

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see170

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see169

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see163

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see159

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see151

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see145

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri