Icma.az
close
up
RU
Azərbaycanda unikal qatar: Pulsuz kükü, cizgi filmi, ülgüc… Bilet qiymətləri

Azərbaycanda unikal qatar: Pulsuz kükü, cizgi filmi, ülgüc… Bilet qiymətləri

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 3-dən bərpa edilən Bakı–Balakən–Bakı reysi üzrə ilk qatarın doluluq səviyyəsi 90 %-dən çox olub.

Bu barədə Globalinfo.az- a “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Bu, həmin istiqamətdə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir.

Hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndan saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq.

Sərnişinlərə “Standard, “Standard+” və “Business” sinifləri üzrə səyahət imkanları təklif olunur. Bakıdan Yevlax stansiyasına minimum qiymətlər “Standard” sinif üzrə 13,1 manat, “Standard+” sinif üzrə 17,6manat, “Business” sinif üzrə 54,6 manat, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər “Standard” sinif üzrə 14,8 manat, “Standard+” sinif üzrə 23,9 manat, “Business” sinif üzrə 63,3 manat, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə “Standard” sinif üzrə 16,4manat, “Standard+” sinif üzrə 23,9 manat, “Business” sinif üzrə 67,7 manatdır. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər “Standard” sinif üzrə 18 manat, “Standard+” üzrə 27 manat, “Business” sinif üzrə 72 manatdan başlayır.

Bu marşrut üzrə qatarların yenidən fəaliyyətə başlaması ilə şimal-qərb regionu üzrə yarım milyona yaxın vətəndaşa ADY-nin qatarlarından istifadə etməklə rahat və təhlükəsiz səfər etmək imkanı yaradılır. Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər.

Uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlərin rahat yatıb istirahət edə bilməsi üçün yenilənmiş beş yataq tipli vaqondan ibarət qatarlar istismara verilib. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişli olması üçün sürət xüsusi olaraq tənzimlənir. Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir.

Rahat səyahəti təmin etmək məqsədilə yataq tipli vaqonların təchizatı yenilənib, standart sinif üzrə vaqonda yerlər üzrə işıq keçirməyən yeni pərdələr quraşdırılıb. Vaqonlarda yataqların keyfiyyəti sərnişinlərin səfər zamanı rahatlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğundan yeni yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü, dəsmal) materialları yumşaq və asan təmizlənə bilən materiallardan seçilib.

Sərnişinlərə səfər dəstləri (biznes sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası, daraq, dabankeş, tərlik, bəylər üçün ülgüc dəsti / xanımlar üçün kosmetik əşyalar; standart+ sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası; standart sinif üzrə qazsız su, nəm və quru salfet, qulaq tıxacı) təqdim edilir. Bundan başqa, biznes sinif üzrə xüsusi menyu (pendir çeşidi, kolbasa, çörək çeşidi, cem, pomidor, xiyar, zeytun çeşidi, kükü; limitsiz çay / qəhvə; keks) hazırlanıb, əlavə olaraq media xidməti (4 dildə bədii film, cizgi filmi, musiqi, veriliş seçimi) göstərilir. Həmçinin yolboyu səyyar satış xidməti həyata keçirilir.

Oturaq tipli qatarlardan fərqli olaraq yataq tipli qatarlarda sərnişinlərə yük aparmaq üçün daha çox imkan yaradılır. Belə ki, marşrut üzrə “Standard” və “Standard+” sinifləri üçün ödənişsiz yük həcmi 36 kq, “Business” sinif üçün isə 50 kq müəyyən olunub.

Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər. Bu, sərnişinlərə internet əlaqəsi, yazışmalar, onlayn axtarış və digər kommunikasiya xidmətlərini təqdim edir.

1985-ci ildən istifadəyə verilmiş Bakı–Yevlax–Şəki–Balakən dəmir yolu xətti üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə ADY daxili imkanlarından istifadə edərək 2023-cü ilin noyabr ayından 164 km uzunluğu olan Yevlax–Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb. Reyslərə, yoldəyişən qurğulara, 47 ədəd körpü və 37 ədəd qorunmayan keçidə baxış keçirilib. Təmir zamanı yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, qüsurlu süni qurğularda, qorunmayan keçidlərdə təmir işləri görülüb, çatışmayan yol nişanları əlavə olunub. İşlər başa çatdırıldıqdan sonra qatarların hərəkət sürəti 48-dən 55km/saata yüksəldilib. Bununla da marşrut üzrə pandemiyadan öncəki 9 saat 35dəqiqəlik səfər müddəti hazırda 8 saat 20dəqiqəyə endirilib. Bu istiqamətdə təkmilləşdirmə işləri davam etdiriləcək. Ümumilikdə isə şimal-qərb bölgəsinin dağlıq relyefə malik olması bu istiqamətdə sürətin daha da artırılmasına, digər istiqamətlərlə müqayisədə yüksək sürətin müəyyənləşdirilməsinə mane olur.

Sərnişinlər Bakı–Balakən–Bakı marşrutu üzrə biletləri ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/), “ADY Mobile” tətbiqindən və dəmiryol vağzallarının kassalarından əldə edə bilərlər. Kağız əsaslı əməliyyatların rəqəmsallaşdırılması məqsədilə aralıq dayanacaqlar üçün (Göynük, Qorağan, Əliabad, Göyəm) bilet satışı onlayn formada həyata keçirilir. Sərnişinlər onlayn bilet alarkən Göynük və Qorağan dayanacaqlarına getmək üçün Qax, Əliabad dayanacağına getmək üçün Zaqatala, Göyəm dayanacağına getmək üçün isə Balakən stansiyasını seçməlidirlər.

Bütün stansiyalarda (Şəki, Qax, Zaqatala, Balakən) təmir və abadlıq işləri görülüb, xidmətedici heyət yenilənib. Bundan başqa, stansiyaların ərazilərində avtomobillərin parklanması üçün şərait yaradılıb.

Bütün bu yeniliklər Azərbaycan Dəmir Yolları tərəfindən sərnişinlərin səyahətini daha rahat və təhlükəsiz etmək, həmçinin ölkədaxili nəqliyyatın keyfiyyətini artırmaq və genişləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, dünyada yataq tipli vaqonlar adətən 6-12 saat, 500-1500 km arası məsafəni əhatə edən səyahətlər üçün ən uyğun nəqliyyat vasitəsi hesab edilir. Uzun səyahətlərdə bu qatarların üstünlüyü rahatlıq və səmərəliliklə bağlıdır. Təyyarədə yuxuya getməkdə çətinlik çəkən sərnişinlər üçün yataq tipli gecə qatarları daha rahat seçimdir.

Hazırda dünyada yataq tipli vaqonlara tələbat artır və 2025-ci ildə də bu trendin davam edəcəyi proqnozlaşdırır. Karbon izini azaltmağa töhfə vermək və təyyarə ilə səyahətdən imtina etmək istəyənlər üçün qatarlar Avropada daha çox tələbat olan nəqliyyat növünə çevrilir. Əlavə olaraq, gecə qatarlarında səyahət həm gündüz saatlarına, həm də hotel xərclərinə qənaət etməkdir.

ADY fəaliyyətində dünya təcrübəsinə əsaslanaraq, sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar, rəqəmsal həllər tətbiq edir. 2024-cü ildə yeni qatarların xəttə buraxılması, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin artırılması, yeni dayanacaqların istifadəyə verilməsi, bir sıra stansiya və dayanacaqlarında, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidmətinin aktivləşdirilməsi, loyallıq proqramı və dinamik qiymət siyasətinin tətbiqi və bu addımların nəticəsi olaraq 2024-cü ildə rekord sayda – 8,5 milyon sərnişin daşınması ADY-nin sərnişindaşıma sahəsinin inkişafına, müştəri məmnuniyyətinin artırılmasına xüsusi diqqət yetirdiyini göstərir. 2025-ci ilin əvvəlindən isə Bakı–Balakən–Bakı marşrutunun bərpası bölgə sakinləri üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə xidmət edəcək. Bu xəttin bərpası, eyni zamanda, şimal-qərb bölgəsinin turizminin inkişafına mühüm töhfə verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Yanvar 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri