Icma.az
close
up
RU
Azərbaycanda yeni qazanc növü: “Evimin damını satıram” KONKRET

Azərbaycanda yeni qazanc növü: “Evimin damını satıram” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Qanunvericilikdə şəxsi mülkiyyətin paylı mülkiyyətə çevrilməsi halı var. Yəni bu halda vətəndaşın hər hansı bir mülkiyyəti üzərindəki hüquqlarının bir hissəsi başqa birinə keçir Amma həyət evinin damını satışa çıxarmaq birmənalı olaraq absurddur”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.

Onun sözlərinə görə, dövlət şəhərsalma normaları və qaydalarına uyğun olmayan əmlakda hər hansısa əlavənin edilməsi qanuni deyil:

“Hələ bir baxmaq lazımdır ki, həmin həyət evinin özünün sənədi var, ya yox? Yaxud mövcud tikinti sahəsi tikinti norma və qaydalara uyğun aparılıbmı?

Fərdi yaşayış evlərində tikilən əmlakın yerləşdiyi torpaq sahəsinə görə ölçülərinin müəyyən olunması dövlət şəhərsalma normaları və qaydaları ilə müəyyən olunur. Ola bilər ki, torpaq sahəsinin ölçüləri həmin evin mövcud ölçülərinə adekvat deyil. Bu mənada hansısa evin damının satışını, ümumiyyətlə hüquqi olaraq mümkün olmasını qeyri-real hesab edirəm”.

Ekspert vurğulayıb ki, yüksək kompensasiya almaq üçün evin mərtəbəsini artırmaq, yaxud əlavə tikinti aparmaq olduqca risklidir:

“Sovetski”, “Papanin” və “Kubinka” kimi ərazilərdə yerləşən və öncədən söküntüsü dəqiqləşən evlərin bir çoxunda plana düşəcək sahəni artırmaq üçün ikinci mərtəbənin inşa edilməsi faktları qeydə alınır. Azərbaycan reallığında bu, istisna olunmayacaq məsələdir. Lakin vətəndaşlar çox vaxt hüquqi riskləri unudur. Burada çox böyük hüquqi risk var. Məsələn, belə əmlakın dövlət ehtiyacları üçün alınması zərurəti ortaya çıxa bilər. Həmin an qərar qəbul oluna bilər ki, həmin evə sənədi olmadığı üçün ümumiyyətlə kompensasiya ödənilməsin. Yəni bu kimi hüquqi riskləri nəzərə almaq lazımdır. Yaxud söküntü ilə bağlı yeni bir proqram qəbul oluna bilər ki, 3 il bundan əvvələ kimi aparılan tikintilərə kompensasiya ödənişi həyata keçirilməsin. Ona görə də, vətəndaşlar belə alqı-satqı yaxud tikinti fəaliyyətlərindən uzaq olsalar, daha məqsədəuyğun olar”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan yeni “ənənəyə” görə, bəzi vətəndaşlar özlərinə məxsus fərdi yaşayış evinin dam hissəsini satışa çıxarır. Qəribə səslənsə də, belə elanların müştəriləri də xeyli çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Aprel 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri