Azərbaycandakı səhmdar cəmiyyətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi müzakirə olunub
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Azərbaycan Mərkəzi Bankında (AMB) Milli Depozit Mərkəzi ilə birgə “açıq mikrofon” formatında bir sıra səhmdar cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Görüş zamanı səhmdar cəmiyyətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi, emitentlərin illik hesabatlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməsi, səhmdarların ümumi yığıncaqlarının çağırılması və cəmiyyətlərin fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsi istiqamətində mühüm məlumatlar təqdim olunub. Bu istiqamətdə səhmdar cəmiyyətlərinin nümayəndələrinin ünvanlandığı suallar cavablandırılıb.
Bundan əvvəl AMB ir sıra rayonlarda səhmdar cəmiyyətlərinin nümayəndələri ilə məlumatlılığın artırılmasını hədəfləyən görüşlər keçirib.
"İnvestorların hüquqlarının qorunması məqsədilə həyata keçirilən bu təşəbbüslər davam etdiriləcək" - deyə qurum bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 24 Aprel 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















