Azərbaycandan Gürcüstanın Aşağı Kartli regionuna tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycandan Gürcüstanın Aşağı Kartli regionuna tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb
Bu barədə “Report”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Gürcüstanın Aşağı Kartli regionunda qeydə alınmış xırdabuynuzlu heyvanların taun xəstəliyi aradan qaldırılıb.
Belə ki, qeyd olunan inzibati ərazi vahidində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizodik sağlamlıq statusu bərpa olunub.
"Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adıçəkilən əraziyə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Dekabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















