Gürcüstanın Aşağı Kartli regionunda qeydə alınmış xırdabuynuzlu heyvanların taun xəstəliyi aradan qaldırılıb AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, təşkilatın rəsmi məlumatına əsasən, Gürcüstanın Aşağı Kartli regionunda qeydə alınmış xırdabuynuzlu heyvanların taun xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adıçəkilən əraziyə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 02 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















