Icma.az
close
up
RU
Azərbaycanın 5 ildə keçdiyi yol: Qalib ölkədən sülhün təminatçısına ŞƏRH

Azərbaycanın 5 ildə keçdiyi yol: Qalib ölkədən sülhün təminatçısına ŞƏRH

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Bu, Prezidentin 8 ildən sonra bu tribunadan fiziki çıxışı olub. 2020 və 2021-ci illərdə isə o, çıxışlarını yalnız videoformatda təqdim etmişdi. Prezidentin çıxışı beynəlxalq diqqəti yenidən Azərbaycan üzərində cəmləyib.

Gununsesi.info  -ya danışan Milli Məclisin deputatı Naqif Həmzəyev mövzunu belə şərh edib:

“Cənab Prezident İlham Əliyev 2020‑ci il sentyabrın 24‑də Birləşmiş Millətlər Təşkilatının sessiyasında dünya liderlərinə müraciət edərək bir daha vurğuladı ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub və Ermənistan təxribata əl atır. Prezident beynəlxalq platformalarda açıq şəkildə bildirdi ki, əgər bu məsələ sülh yolu ilə həll edilməzsə, Azərbaycan məcbur olaraq hərbi yola əl atacaq. 

Həmin çıxışdan 3 gün sonra Ermənistan tərəfindən növbəti təxribat törədildi və 27 sentyabr tarixində Azərbaycan əks hücumlara başladı. Başqa çıxış yolumuz yox idi. Məhz beynəlxalq platformalarda Cənab Prezident dəfələrlə bildirmişdi ki, əgər bu məsələ sülh yolu ilə həll edilməzsə, Azərbaycan məcbur olaraq hərbi yola əl atacaq. 

Ancaq beynəlxalq təşkilatlar və Ermənistanın havadarları hər dəfə belə iddia edirdilər ki, sülhün alternativi yoxdur və müharibə yolu ilə problem həll oluna bilməz. Şükürlər olsun ki, məhz həmin dövrdə, BMT-də Prezidentin tarixi çıxışından ötən artıq 5 il ərzində regionda çox şey dəyişib. Bu gün İlham Əliyev BMT-nin növbəti sessiyasında iştirak edir. Biz görürük ki, ötən 5 il ərzində regionda mühüm irəliləyişlər əldə olunub”.

Deputat qeyd edib ki, Azərbaycan Prezident qələbə çalmış, zəfər qazanmış bir lider kimi tədbirdə iştirak edir:

“Xüsusilə də, ABŞ prezidenti Donald Trampın Azərbaycana münasibətini bilirik. O, son paylaşımında “siz böyük lidersiz” ifadəsini işlətmişdi. Üçtərəfli bəyanatda da ABŞ Prezidenti Azərbaycan Prezidentinə və ölkəmizə olan etimadını göstərmişdi. Bu isə onu göstərir ki, ötən 5 il ərzində Azərbaycan fərqli bir yol keçib və Cənab Prezdentin çıxışlarından sonra əminliklə demək olar ki, o, sülhün təmin olunmasında əvəzedilməz və danılmaz rol oynayır.

Həmçinin, Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini Cənab Prezident irəli sürmüş və dəstəkləmişdi. Mən inanıram ki, bu çıxışlarında Cənab Prezident regionumuzdakı sülh məsələlərinə və ABŞ-ın bölgədə oynadığı rola xüsusilə toxunacaq.

Eyni zamanda, Azərbaycan artıq dayanıqlı reallıqlar yaradıb. Ölkəmiz Türkiyə ilə əldə edilmiş uğurların regiona uzunmüddətli sülh gətirəcəyinə əminliklə baxır. Cənab Prezident Ermənistanı sanki öz ağuşuna alaraq bir təhlükəsizlik regionu formalaşdırır və Cənubi Qafqazda vahid bir Qafqaz ailəsi yaradır”.

Naqif Həmzəyev vurğulayıb ki, Gürcüstanda baş verən proseslərdə də, İlham Əliyevin əvəzsiz rolu olub.

“O, Gürcüstanda fərqli proseslərin baş verməsinin qarşısını alıb və nəticədə Gürcüstan artıq müəyyən dərəcədə Azərbaycan modelini dəstəkləyir. 

Paşinyan artıq etiraf edir ki, sülh olmayacağı təqdirdə Ermənistanın gələcəyi yoxdur. Bu baxımdan, Cənab Prezidentin həyata keçirdiyi siyasət artıq Çin, ABŞ və Türkiyə liderləri tərəfindən dəstəklənir. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri prezidenti və digər dünya liderləri tərəfindən də dəstəklənir.

Bir sözlə, Cənab Prezident bu gün dünya dövlətləri tərəfindən qəbul edilən bir şəxsdir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayıb. Orta dəhlizin inkişafı və şaxələndirilməsində onun xidmətləri əvəzsizdir.

Əgər Orta Asiya dövlətləri Çin və digər ölkələrin dəstəyi ilə nəqliyyat infrastrukturlarını inkişaf etdiriblərsə, Azərbaycan heç bir xarici maliyyə dəstəyi olmadan öz iqtisadi zonasını yaradıb. Bununla yanaşı, ölkəmiz Qarabağda və Şərqi Zəngəzurda üç beynəlxalq hava limanını inşa edib”-deyə deputat əlavə edib.

Deputat qeyd edib ki, tezliklə Zəngəzur dəhlizinin açılmasına şahidlik edəcəyik:

“Ermənistan ərazisindən keçən hissə Donald Trampın adı ilə bağlıdır və bu, çox önəmli bir addımdır. Əgər bu yol Türkiyənin, Rusiyanın və ya İranın nəzarətində olsaydı, müxtəlif maraqların kəsişməsi səbəbindən çoxlu dövlət liderlərinin etirazı olardı.

Lakin Cənab Prezident sanki şahmat oyununda elə gedişlər edir ki, məsələ Ermənistan və ABŞ arasında imzalanmış müqavilə çərçivəsində həll olunur. Bizim əsas şərtimiz isə Azərbaycan ərazisindən maneəsiz gediş-gəlişin təmin edilməsi idi. Paşinyan da etiraf etdi ki, Azərbaycan vətəndaşlarını yoxlamağa ehtiyac yoxdur, çünki müasir dövrün texnologiyaları bunu mümkün edir.

Elektron formalar vasitəsilə bu problemləri həll etmək mümkündür. Görürsünüz ki, biz bütün həlli yollarını artıq qarşı tərəfə təqdim etmişdik və onlar da bunu dəstəkləyirlər. Bir sözlə, düşünürəm ki, ötən 5 ildə çox şey dəyişib.

Ancaq bu o demək deyil ki, biz rahatlaşmalıyıq və ya vətəndaş olaraq kənarda durmalıyıq. Xeyr. Necə ki, 44 günlük Vətən Müharibəsində biz birlik və vəhdət gördük — ordu, xalq və lider birliyi. İndi isə bu birliyi on qat artırmalı və hər bir Azərbaycan vətəndaşı nümunəvi vətəndaş olmalıdır.

Cənab Prezidentin bir il əvvəl parlamentdə etdiyi tarixi çıxışını xatırlayırıq: “Biz böyük daşları, qayaları yerindən oynatmışıq.” Həqiqətən də, həmin qələbə və zəfər sayəsində böyük qayaları yerindən oynatmışıq.

Hər dəfə Cənab Prezident fərqli bir gediş edir, fərqli bir tribunadan çıxış edir və dünya liderləri Azərbaycana olan rəğbətlərini ifadə edirlər. Bu, dostlarımızın artdığını və bizə olan etimadın gücləndiyini göstərir.

Ancaq istəməyən qüvvələr də təbii ki, artır. Azərbaycanın inkişafını qəbul etməyən qüvvələr mövcuddur. Bunlar kiçik dövlətlər deyil, nüvə dövlətləridir, uzun illər müstəmləkə siyasəti yürüdüblər və müstəmləkə əraziləri saxlayırlar. Bəziləri üzümüzə dost münasibəti göstərsə də, arxada Azərbaycanın inkişaf etməsini və güclənməsini istəmirlər”.

Naqif Həmzəyev əlavə edib ki, bu baxımdan hər bir Azərbaycan vətəndaşı nümunəvi olmalıdır.

“Bəzi çətinliklər ola bilər, bəzi şəxsi maraqlar təmin edilməyə bilər, amma biz əl-ələ verərək Cənab Prezidentin ətrafında birləşməli və dövlətimizin yanında durmalıyıq. Xarici qüvvələrə qarşı birgə mübarizə aparmalıyıq.

İnanın ki, növbəti 5 ildə tamamilə fərqli bir Azərbaycan görəcəyik. Bu 5 il bəlkə də 50 ilə bərabər olacaqdır.

Ona görə də inanıram ki, Cənab Prezidentin bu səfəri də yadda qalan olacaq. Necə ki, Vaşinqton səfərində heç kimin gözləmədiyi bir anda fərqli hadisələr baş verdi və üçtərəfli bəyanat imzalandı. Donald Tramp şəxsən prosesə dəstəyini nümayiş etdirdi və şahidlik funksiyasını üzərinə götürdü. Amerika eyni zamanda Ermənistan tərəfini də razı saldı, çünki bu prosesə mane olmaq istəyən qüvvələr, xüsusilə Ermənistanın arxasında duran bəzi havadarlar var idi.

Hər kəs kənarda qaldı və inanıram ki, Nyu-York səfərindən sonra da biz fərqli mənzərəni görəcəyik və yeni hadisələrə şahidlik edəcəyik. Artıq bunun həyata keçirilməsinə başlanıb. Burada görürük ki, iqtisadi maraqlar ön plandadır və Cənab Prezidentin keçirdiyi görüşlərdə də bu mesajlar aydın şəkildə verilir. 

Demək ki, bizim əsas hədəfimiz dayanıqlı iqtisadiyyatı təmin etmək və əhalinin sosial rifahını yaxşılaşdırmaqdır. Çünki növbəti illərdə də fərqli problemlər ola bilər. Bizim region çox mürəkkəb və çətin bir bölgədir. Azərbaycan ərazicə kiçik bir dövlətdir, lakin Cənab Prezident elə fərqli gedişlər edir ki, bunu böyük dövlətlərin liderləri belə edə bilmir.

Bu baxımdan, bir daha vurğulamaq istəyirəm ki, 5 il bundan əvvəlki birliyimizi və vəhdətimizi daha da gücləndirməliyik. Cənab Prezidentin ətrafında sıx birləşməli, hər kəs öz sahəsində nümunəvi vətəndaş olmalı və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir”-deyə Naqif Həmzəyev fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Sentyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see229

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see184

Zelenskidən dünyaya vacib MESAJ

24 Sentyabr 2025 18:08see176

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see170

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see153

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see149

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see141

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see133

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see129

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see128

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see125

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see124

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see123

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see122

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see121

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see120

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see120

Sürücü yük maşınında intihar etdi VİDEO

24 Sentyabr 2025 18:37see119

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri