Icma.az
close
up
RU
Azərbaycanın Asiyaya iqtisadi inteqrasiyası Çinlə əməkdaşlıq fonunda sürətlənir

Azərbaycanın Asiyaya iqtisadi inteqrasiyası Çinlə əməkdaşlıq fonunda sürətlənir

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Bu sənəd 2024-cü ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin məntiqi davamı olmaqla yanaşı, münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb.

Bəyanatda qeyd edilir ki, Azərbaycan və Çin dövlət başçıları diplomatik münasibətlərin qurulmasından keçən 33 il ərzində əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək, qarşılıqlı siyasi etimadın möhkəmləndirilməsi, qarşılıqlı dəstəyin gücləndirilməsi və xalqların rifahı naminə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldilər. Hər iki tərəf bir-birini etibarlı və prioritet tərəfdaş kimi qiymətləndirir və milli maraqların qorunması istiqamətində bir-birinə qətiyyətli dəstək verir.
Azərbaycan tərəfi “Vahid Çin” siyasətini birmənalı şəkildə dəstəkləyir. Öz növbəsində, Çin də Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunların qeyri-məhsuldar olduğunu bəyan edir.
İki ölkə arasında iqtisadi əməkdaşlıq da uğurla inkişaf edir. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində birgə təşəbbüslər, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı ilə həyata keçirilən layihələr və Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünə qoşulması bu əməkdaşlığın iqtisadi əsaslarını daha da möhkəmləndirir. Xüsusilə də Pekində Ticarət Evinin açılması əlaqələrin praktik uğurlarını nümayiş etdirir.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sinxua agentliyinə verdiyi müsahibədə bu məqamların əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələr və “Şanxay ruhu”nun dəstəklənməsi ŞƏT çərçivəsində tərəfdaşlığın daha da genişlənəcəyinə zəmin yaradır.
Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir və təşkilatla əməkdaşlıq terrorizmə, ekstremizmə və separatçılığa qarşı mübarizə, regional sabitliyin və təhlükəsizliyin təmin olunması, multikulturalizm və sivilizasiyalararası dialoq kimi vacib sahələri əhatə edir. Ölkəmiz bu sahələr üzrə beynəlxalq arenada fəal və nüfuzlu iştirakçıdır.
Dövlət başçısı İlham Əliyev iki dəfə ŞƏT Zirvə görüşlərində iştirak etmişdir. Bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilən görüşdə Azərbaycanın ŞƏT-in növbəti Zirvə toplantısına və digər tədbirlərinə dəvət alması ölkəmizin beynəlxalq nüfuzunun və dövlət başçısının liderlik keyfiyyətlərinin növbəti təsdiqi oldu.
Azərbaycan regionda etibarlı tərəfdaş kimi çıxış edir, sülh və sabitliyin qorunmasına, eləcə də beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfələr verir. İkitərəfli qarşılıqlı fəaliyyətin dərinləşməsi Azərbaycanın ŞƏT çərçivəsində rolunun daha da artmasına və bu təşkilatın fəaliyyətinə əlavə dəyər qatacaq.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2066

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see246

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see218

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri