Icma.az
close
up
RU
Azərbaycanın BƏƏ ilə münasibətlərinin inkişafı beynəlxalq mövqelərimizi möhkəmləndirir ŞƏRH

Azərbaycanın BƏƏ ilə münasibətlərinin inkişafı beynəlxalq mövqelərimizi möhkəmləndirir ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətləri özünün inkişaf dövrünü yaşayır. Ölkələrimiz arasındakı əlaqələr dostluq və əməkdaşlıq xarakteri daşıyır və son illərdə müxtəlif sahələrdə əhəmiyyətli irəliləyiş əldə edib. Hər iki ölkənin dövlət başçıları arasındakı dostluq münasibətləri ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına impuls verir. Belə ki, son illər dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış sənədlər ikitərəfli münasibətlərdə yeni səhifə açıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Şuşaya səfəri və bu səfər çərçivəsində imzalanmış 14 sənəd, o cümlədən hərtərəfli strateji tərəfdaşlığın genişləndirilməsinə dair saziş, əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni imkanlar yaradır. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də mədəni sahələri əhatə edir.

“Azərbaycan və BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Siyasi münasibətlər qarşılıqlı hörmət və etimad əsasında gündən-günə möhkəmlənir. Hər iki ölkə beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Torpaqlarımızın vaxtilə işğal altında olduğu dövrdə BƏƏ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində həllini müdafiə edib. O cümlədən ərazilərimizdə suverenliyin bərpasına görə sevinən BƏƏ Azərbaycanla qardaş və dost ölkə olduğunu bir daha nümayiş etdirib.

Azərbaycanla BƏƏ arasındakı iqtisadi münasibətlər qarşılıqlı fayda və hörmətə əsaslanır. Son bir ildə ölkələrimiz arasında neft sektoru üzrə ticarət dövriyyəsi təxminən 2,5 milyard dollara yaxınlaşıb ki, bu da iqtisadi əlaqələrin inkişafının göstəricisidir. BƏƏ Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələr arasında 5-ci yerdədir. ADNOC şirkəti Xəzər dənizində qaz yataqlarının işlənməsində, “Masdar” şirkəti isə bərpaolunan enerji sektorunda böyük investisiyalar həyata keçirir. Son illərdə qurulan Günəş və külək elektrik stansiyaları enerji sektorunun gücünü artırmaqda mühüm rol oynayıb”, - deyə A.Badamov vurğulayıb.

Deputat əlavə edib ki, qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi də qarşılıqlı maraq doğurur. Ölkəmizə BƏƏ-dən gələn turistlərin sayı artmaqdadır, bu da turizm sektorunun inkişafına töhfə verir. "Bakı Gəmiqayırma Zavodu" ilə "Əbu-Dabi Limanları Şirkəti" arasında iki ədəd konteyner gəmisinin tikintisinə və satışına dair müqavilə imzalanıb. Həmçinin Azərbaycanda istehsal olunan aqrar məhsulların BƏƏ bazarına çıxarılması imkanları nəzərdən keçirilir. Mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılır.

BƏƏ Prezidentinin Şuşaya səfəri böyük siyasi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın qardaş və dost ölkə ilə əlaqələrini bütün dünyaya nümayiş etdirir. Ölkələrimiz arasındakı münasibətlərin inkişafı beynəlxalq mövqelərimizi möhkəmləndirir və sözümüzün gücünü artırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see195

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see167

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see154

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see149

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see147

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri