Icma.az
close
up
RU
Azərbaycanın Dirçəliş Dastanı: Qarabağ və Şərqi Zəngəzura Qayıdan Həyat

Azərbaycanın Dirçəliş Dastanı: Qarabağ və Şərqi Zəngəzura Qayıdan Həyat

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Tarixin axarını dəyişən böyük zəfərlər yalnız hərbi və siyasi uğurlarla bitmir. Həqiqi qələbə işğaldan azad edilmiş torpaqlara ruhun, yaşamın və insan nəfəsinin qayıtması ilə tamamlanır. İllər boyu həsrətlə yolunu gözlədiyimiz Qarabağ və Şərqi Zəngəzur bu gün özünün ən parlaq, ən işıqlı dövrünü yaşayır. Bir vaxtlar dağıntıların, susqunluğun və ayrılığın hökm sürdüyü bu müqəddəs torpaqlarda indi təkcə daşlar, binalar deyil, bütöv bir xalqın tarixi yaddaşı və gələcəyə olan böyük inamı yenidən inşa olunur. Hər kənddə, hər şəhərdə vurulan hər bir təməl Qarabağ və Zəngəzurun dirçəliş salnaməsinə qızıl hərflərlə yazılır.

​Böyük Qayıdış Konsepsiyası çərçivəsində həyata keçirilən nəhəng layihələr Qarabağ və Şərqi Zəngəzurun simasını kökündən dəyişib. Müasir nəqliyyat-logistika infrastrukturunun qurulması, "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyalarının tətbiqi, təməlindən yenidən inşa edilən avtomobil yolları, körpülər və mürəkkəb tunellər bu əraziləri bölgənin ən müasir iqtisadi mərkəzlərinə çevirir. Füzuli, Zəngilan və Laçında istifadəyə verilən beynəlxalq hava limanları sadəcə strateji nəqliyyat qovşaqları deyil, həm də Azərbaycanın zəfər ruhunun dünyaya açılan yeni qapılarıdır. İllər boyu viran qalmış, xarabalığa çevrilmiş şəhər və kəndlərimiz müasir memarlıqla milli koloritin sintezində tamamilə yeni anlayışla bərpa edilir; hər bir yaşayış məntəqəsi ekoloji baxımdan təmiz və dayanıqlı standartlara uyğunlaşdırılır.

​Lakin bu möhtəşəm bərpa prosesinin ən mühüm, ən təsirli və kövrək məqamı insan amilidir. Doğma ocaqlarına, illərlə həsrətini çəkdikləri ata-baba torpaqlarına qayıdan soydaşlarımızın gözlərindəki qürur və sevinc, torpağa toxunan əllərin həyəcanı bu böyük prosesin həqiqi mahiyyətini göstərir. Zəngilanın Ağalı, Tərtərin Talış, Füzulinin, Laçının, Şuşanın, Xocalının və digər yaşayış məntəqələrinin mərkəzlərində yenidən uşaq gülüşləri eşidilir, məktəblərdə ilk zəng çalınır, təsərrüfatlar canlanır. Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması, eyni zamanda müxtəlif mədəniyyət, idman və elm ocaqlarının qapılarını açması bu torpaqlarda gələcəyin təməllərinin nə qədər möhkəm və daimi atıldığının bariz sübutudur.

​Eyni zamanda, bu regionların bərpası yalnız mülki yaşayışın təmin edilməsi ilə məhdudlaşmır; buradakı zəngin iqtisadi və turizm potensialı da addım-addım hərəkətə gətirilir. "Yaşıl enerji" zonası elan edilmiş bu ərazilərdə Günəş və Su elektrik stansiyalarının qurulması, sənaye parklarının fəaliyyətə başlaması bölgənin gələcəkdə ölkə iqtisadiyyatına drayver kimi təkan verəcəyindən xəbər verir. Mədəniyyət paytaxtımız Şuşada keçirilən beynəlxalq festivallar, poeziya günləri və diplomatik sammitlər Qarabağın həm də regionun mədəni və siyasi cazibə mərkəzinə çevrildiyini nümayiş etdirir.

​Bu gün Qarabağ və Şərqi Zəngəzur təkcə keçmişin kədərli xatirələrini yaşadan bir məkan deyil, Azərbaycanın sarsılmaz iradəsinin, milli birliyinin və böyük gələcəyinin parlaq rəmzidir. Yurd öz sahibini bağrına basıb, torpaq öz həqiqi nəfəsinə qovuşub. Hər keçən gün daha da gözəlləşən, dirçələn və gələcəyə doğru inamlı addımlarla irəliləyən bu müqəddəs diyarda həyat bütün coşqusu, tamlığı və əbədiliyi ilə yenidən axır.

Asiman Babayev

YAP Şahbuz rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Sentyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri