Icma.az
close
up
RU
Azərbaycanın gözlədiyi ölüm xəbəri gəldi Bu, suverenlik məsələsi idi!

Azərbaycanın gözlədiyi ölüm xəbəri gəldi Bu, suverenlik məsələsi idi!

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2023-cü ildə Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə bu gün səhər saatlarında edam olunub. Ümumiyyətlə, Tehrandakı səfirliyimizə silahlı hücum təkcə Azərbaycan üçün deyil, bütün dünya diplomatik missiyaları üçün təhlükə siqnalı idi. Bu hadisə sadəcə diplomatik nümayəndəliyə qarşı yönəlməmişdi, eyni zamanda beynəlxalq hüququn pozulmasına, dövlət suverenliyinə, Azərbaycan xalqına açıq təhdid idi.

Prezident İlham Əliyev terror hadisəsindən sonra səfirliyin fəaliyyətinin dayandırılması və diplomatların geri çağırılması barədə dərhal göstəriş verdi. Bu qərar klassik diplomatik protokollardan daha çox, milli təhlükəsizlik və suverenliyin qorunmasına yönəlmiş bir addım idi. Çünki hücum diplomatik toxunulmazlığı pozmaqla yanaşı, Azərbaycanın dövlətçiliyini və vətəndaşlarının təhlükəsizliyini hədəfə almışdı. Prezidentin sərt mövqeyi bir daha göstərdi ki, Azərbaycan dövləti harada və nə zaman olursa-olsun, öz vətəndaşının arxasındadır.

İranda baş verən bu hadisədən sonra rəsmi Bakı dəfələrlə hücumu törədən şəxsin ən sərt şəkildə cəzalandırılmalı olduğunu və bu məsələnin ört-basdır edilməsinə icazə verilməyəcəyini bəyan etdi. Bəzi dairələr, xüsusilə İranın daxili siyasi çevrələri terror aktını şəxsi motivlərlə əlaqələndirməyə çalışsa da, Azərbaycan tərəfi aydın şəkildə bildirdi ki, bu, birbaşa dövlətin məsuliyyəti altındakı diplomatik nümayəndəliyə qarşı terror əməlidir və hüquqi, siyasi nəticələri olmalıdır.

Yasin Hüseynzadənin edam edilməsi bir çox baxımdan son dərəcə əhəmiyyətlidir. Bu, birbaşa Azərbaycan dövlətinin təzyiqi və prinsipial mövqeyinin nəticəsi olaraq baş verdi.

Cinayətkarın edamı İran-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlandığını göstərir. Tehran bir növ Bakının prinsipial mövqeyini qəbullandığını və diplomatik normalara hörmətlə yanaşdığını nümayiş etdirdi. Bu, həm də diplomatik arenada Azərbaycan dövlətinin çəkisinin və ciddiliyinin göstəricisidir.

Bakının bu hadisədə nümayiş etdirdiyi mövqe, Prezident İlham Əliyevin son illərdə apardığı milli suverenliyə, dövlət təhlükəsizliyinə və beynəlxalq hüquqa əsaslanan müstəqil xarici siyasət kursunun davamıdır.

İran Prezidenti Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən və onun Azərbaycana münasibətdə nümayiş etdirdiyi mülayim ritorikadan sonra iki ölkə arasında münasibətlərdə pozitiv dinamika müşahidə olunmağa başladı. Hücumu törədən cinayətkarın cəzalandırılması həm də bu dinamikanın konkret nəticəsidir.

Terrorçunun edamı bir cinayət hadisəsinin hüquqi nəticəsi olmaqla yanaşı, eyni zamanda dövlətin öz vətəndaşına verdiyi dəyərin, liderin siyasi iradəsinin, Azərbaycan diplomatiyasının effektivliyinin və milli qürurun bərpasının təsdiqidir.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 May 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri