Icma.az
close
up
RU
“Azərbaycanın Hərbi Dəniz Donanması peşəkarlığı ilə seçilir” ŞƏRH EDİLDİ

“Azərbaycanın Hərbi Dəniz Donanması peşəkarlığı ilə seçilir” ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif sahələrində çalışan hərbçilər yüksək qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdilər". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, xüsusilə də Azərbaycan Hərbi Dəniz Donanmasının xüsusi təyinatlıları bu müharibədə misilsiz şücaət göstərərək öz vəzifələrinin öhdəsindən böyük fədakarlıqla gəldilər: " Onların yüksək döyüş qabiliyyəti, taktiki hazırlığı və vətənpərvərlik ruhu ölkənin dəniz təhlükəsizliyinin təminində mühüm rol oynadı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hərbi dəniz qüvvələrinin inkişafını və müasirləşməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Məhz onun rəhbərliyi ilə son illərdə Azərbaycan Hərbi Dəniz Donanmasının texniki və maddi-texniki bazası gücləndirilib, döyüş gəmiləri və hərbi dəniz avadanlıqları müasir standartlara cavab verən səviyyəyə çatdırılıb.

Hazırda Azərbaycan Hərbi Dəniz Donanması Xəzər dənizində keçirilən beynəlxalq hərbi təlimlərdə mütəmadi olaraq iştirak edir. Bu təlimlər zamanı heyətin yüksək səviyyəli döyüş hazırlığı və taktiki bacarıqları nümayiş olunur. Dənizçilərimiz beynəlxalq mühitdə də öz bilik və bacarıqlarını sübut edərək regionda sülh və sabitliyin qorunmasına töhfə verirlər.

Donanma heyəti daim yüksək peşəkarlıq səviyyəsi ilə seçilir. Onlar öz fiziki və nəzəri hazırlıqlarını artırmaq üçün mütəmadi olaraq təlimlərdə və praktiki məşğələlərdə iştirak edirlər. Xüsusilə qardaş Türkiyənin Hərbi Dəniz Donanması ilə birgə keçirilən təlimlər təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq hər iki ölkənin hərbi dəniz qüvvələrinin inteqrasiya səviyyəsini artırmaqla yanaşı, regionun təhlükəsizliyinə də mühüm töhfə verir.

Bu gün Azərbaycanın Hərbi Dəniz Donanması həm müasir döyüş gəmiləri, həm də intellektual və texniki cəhətdən hazırlıqlı heyətlə təchiz olunub. Donanma qarşıya qoyulan hərbi tapşırıqları icra etməyə tam hazır və qadirdir".

Eyni zamanda o qeyd edib ki, Azərbaycanın enerji təhlükəsizliyində Hərbi Dəniz Donanmasının rolu xüsusilə önəmlidir. Bildiyimiz kimi, ölkənin əsas enerji mənbəyi olan neft ehtiyatları məhz Xəzər dənizində yerləşən yataqlardan çıxarılır. Bu baxımdan, Azərbaycanın neft-qaz infrastrukturu və dəniz sərhədlərinin qorunması donanmanın qarşısında duran əsas vəzifələrdəndir. Donanma Dövlət Sərhəd Xidməti ilə sıx əməkdaşlıq edərək dəniz ərazilərimizin təhlükəsizliyini təmin edir, təxribat və qanunsuz fəaliyyətlərin qarşısının alınmasında aktiv rol oynayır.

Azərbaycanın Hərbi Dəniz Donanması artıq yalnız regional deyil, beynəlxalq arenada da öz gücünü, çevikliyini və peşəkarlığını nümayiş etdirir. Bu gün donanma heyəti ən son texnologiyalarla təchiz olunmuş döyüş gəmilərində xidmət edir. Gənc, yüksək təhsilli, intellektual səviyyəsi və vətənpərvərlik ruhu ilə seçilən hərbi qulluqçular Azərbaycanın suverenliyinin, dəniz sərhədlərinin və enerji təhlükəsizliyinin təminatında qürurla xidmət edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Avqust 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri