Icma.az
close
up
RU
Azərbaycanın ideoloji təhlükəsizliyinə təhdid yolverilməzdir!

Azərbaycanın ideoloji təhlükəsizliyinə təhdid yolverilməzdir!

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kardinallar və emissarlar əmin olsunlar ki...

Vaxtilə dünyanın cənginə almış qloballaşma ideyasının iflası fonunda yaşanan proseslər ortaya bir reallığı da qoyur. Söhbət qapanmadan gedir. Xeyir, bu qapanma heç də beynəlxalq aləmdən təcrid mahiyyəti daşımır. Dünyanı özünə düşmən bilmə kimi total qorxu da ön planda deyil.

Məsələ ondadır ki, qloballaşma adı altında ayrı-ayrı cəmiyyətlərin ənənəvi dəyərlərinə zidd təmayüllər meydana çıxdı və duruma həssas yanaşmayanlar oldu. Onlar qloballaşmanın saxta mahiyyət daşıdığının, siyasi oyun olduğundan fərqinə varanda isə hər şey gec idi. Cəmiyyətlər, habelə onların qərarlaşdığı dövlətlərin təməlləri artıq sarsılmışdı.

Dünya Tunisdə, Misirdə, Liviyada “ərəb baharı” adı altında gerçək hakimiyyət çevrilişlərini gördü. O çevrilişləri ki, onlardan geniş xalq kütlələri heç bir fayda götürmədilər. Bu gün vaxtilə inqilab etmiş tunisli günlərini içməli su növbələrində keçirirsə, hələ də işsiz-gücsüz durumdadırsa, başqa nə deyəsən?

Əlbəttə, qloballaşma oyunu bumeranq effekti yaratmaya bilməzdi. Çünki liberalizm viruslarının yeridildiyi, liberalizmin demokratiya kimi təqdim olunduğu cəmiyyətlərdəki sonrakı durum, xüsusən insanların rifahının pisləşməsi kütləvi axın yaratdı. Bu axın “dünya bizim evimizdir” deyərək ağızlarını köpükləndirənləri hərəkətə keçirdi. Onlar evlərinin dünya əhalisi üçün darlığını nəinki gördülər, eyni zamanda, darlığın ağırlığını çiyinlərində daşımaq məcburiyyətində qaldılar. Məsələn, Avropanı götürək. Hazırda “köhnə qitə”nin çox öyündüyü sosial sistemində çatlar o qədər böyükdür ki, sızıntıların qarşısını almaq olmur. Fransada ard-arda nazirlər, baş nazirlər dəyişir, amma heç bir xeyri yoxdur. Çünki sistem çürüyüb. Ümumən, Avropanın bir çox yerlərində də durum eynidir. Ona görə ABŞ Prezidenti Donald Tramp qitənin liderlərini qarşısına qoyub uşaq kimi məzəmmət edir...

Yeni dünya nizamının qaydaları şəraitində əvvəldə haqqında söz açdığımız qapanma təmayülü ABŞ üçün necə keçərlidirsə, digər dövlətlər üçün də eyni dərəcədə labüddür. Başlıca vəzifə qloballaşmanın iflası, beynəlxalq hüquq prinsiplərinin sıradan çıxdığı, yeni dünya nizamının mahiyyətcə necə olacağının qeyri-müəyyənliyi fonunda ayaqda qalmaqdır. Nəzərə alaq ki, həmin nizamı özlərinin maraq və mənafeləri kontekstində görənlər, başqa dövlətlərin daxili işlərinə qarışaraq daha çox mənfəət dalınca qaçanlar fəaliyyətdədirlər. Onların iç üzünü “COVID-19” pandemiyası zamanı yaxşı gördük. Gördük ki, həmin vaxtadək bəyan edilən bəşəri dəyər və prinsiplər lakmus kağızından başqa bir şey deyilmiş. Dövlətlərin bir-birilərinə qarşı çox amansız davrandıqları da diqqətimizdən yayınmadı.

Bütün bunların fonunda gözlərimiz önündə Azərbaycan reallıqları canlanır. Ulu öndər Heydər Əliyevin ustalıqla müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla icra edildiyinin şahidiyik. Bu gün dövlətimizin başçısının sayəsində ölkəmiz beynəlxalq miqyasda tam müstəqil xarici siyasət yürütməkdədir. 44 günlük müharibədəki Zəfərimizin verdiyi yüksək dividend Azərbaycanı Cənubi Qafqazın söz sahibinə, dünyanın hesablaşdığı, daha dəqiq desək, hesablaşmaq məcburiyyətində qaldığı mərkəzə çevirib. Uğurlarımıza sevinənlərin olduğu kimi, nailiyyətlərimizi gözü götürməyənlər də var. İkincilər, sanki, pusquda dayanaraq, azacıq zəiflik göstərməyimizi gözləyirlər. İstəyirlər ki, ölkəmiz 1990-cı illərin əvvəllərindəki kimi olsun. Çalışırlar ki, xaos və anarxiya şəraitində özlərinin mənfəət səltənətlərini qursunlar. Belələrinin xarici təzyiq metodları ilə yanaşı, daxili rıçaqlardan da yararlanmaq cəhdləri aktualdır. Çox güman, diqqətli oxucularımız, ümumən cəmiyyətimiz Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin ifşa olunması fonunda ölkəmizə qarşı ideoloji diversiya planının miqyasının böyüklüyünü təsəvvürə gətirir.

Bir anlıq həmin planın həyata keçəcəyi təqdirdə, Azərbaycanda vəziyyətin hansı şəkil alacağını düşünək. Düşünək ki, 44 günlük müharibədəki Zəfərimiz, torpaqlarımızın işğaldan qurtulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası baş verməyib, ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun həmsədrləri bölgəyə mənasız səfərlər gerçəkləşdirir, bizləri təcavüzlə barışmağa çağırıb sərsəmləyirlər.

Onu da düşünək ki, xaricdə kimlərsə doğma el-obamıza sahiblənmək əzmimizi qırmaq üçün gəlişigözəl cümlələri ilə ölkəmizdə, guya, anti-demokratik mühitin olduğunu iddia edir, “nowar”çı kəsimi, saxta sülh göyərçilərini, feministləri işə salaraq əsrlərdən bəri daşıdığımız dəyərləri heçə sayırlar. Hələ nəzərlərimizdə özünü müxalifət sayıb normal müxalif düşüncədən kənar qütbü də canlandıraq.

Şübhəsiz, bütün bunlar Azərbaycan xalqından manqurt, etinasız, idarə olunan kütlə və qövm yaratmaq istəyənlərin planları idi. Çox şükür, məhz bu kimi niyyətlər ifşa edilməkdədir və proses davamlı xarakter daşımalıdır. Proses ona görə davamlı olmalıdır ki, ölkənin siyasi industriyası özünüsağlamlaşdırma immunitetini qorusun, bu industriyada “5-ci kolon” təmsilçilərinə meydan tanınmasın.

Bəli, müxtəlif imitasiyalara baş vuraraq kimlərinsə, hansısa kənar qüvvələrinsə buyruğunu yerinə yetirən “kardinallar” Azərbaycan adlı məmləkətdə heç bir məkrli məqsədlərinə, dövlətimizi sarsıtmaq yönümlü istəklərinə nail ola bilməyəcəklərini anlamalıdırlar. Nəinki anlamalı, eyni zamanda, tam dərk etməlidirlər ki, təxribat və nifaq, bölücülük və dağıdıcılıq kimi yaramaz cəhdləri fayda verməyəcək. O kardinalların bozluqları özlərinə qalacaq.

Nəhayət, bütün dünya bilməlidir ki, Azərbaycan dövləti silah gücünə olduğu kimi, ideoloji müstəvidə də özünün təhlükəsizliyini təmin etmək iqtidarındadır. İdeoloji təhlükəsizlik həssas məsələdir. Bu həssaslıqda hakimiyyət uğrunda mübarizə ilə dövlətə xəyanətin bir-birindən tam ayrı seqmentləri var. Bu mühitdə plüralist fikir özündə cəmiyyətə fayda kimi əsaslandlırılmış motiv daşımalıdır, dövlətə qarşı demarş xüsusiyyətini yox!

Ölkəmizdə təkcə antimilli qüvvələrə deyil, ümumən antimilli düşüncəyə yer olmamalıdır. Çünki qazandığımız uğur və nailiyyətlər əldən verilə bilməz. Heç bir qüvvə xalqımızı təcrübə dovşanı kimi təsəvvürə gətirib Cənubi Qafqaz siyasi platformasındakı yüksək mövcudiyyət dəyərimizi sarsıtmamalı, hətta buna cəhdə belə cəsarət göstərməməlidir.

Söz və ifadə, sərbəst toplaşmaq azadlığı adı altında manipulyativ gedişlər sıradan çıxarılmalı, belə gedişləri planlayanların müxtəlif sosial şəbəkələr vasitəsilə cəmiyyətimizdə bölücülük yaratmaq istəkləri faş olunmalıdır və olunacaq. Bütün bunlar müstəqilliyimizin və severenliyimizin ideoloji fazada da möhkəm struktura sahiblənməsi baxımından son dərəcə vacibdir.

Ona görə vacibdir ki, əvvəldə haqqında söz açdığımız qloballaşmanın iflası fonunda maskaların yırtılmasının ağır nəticələri ilə üzləşməyək. Biz müstəqilliyimizin ilk illərində uğursuzluğa düçar olmuş xalq kimi çörək növbələrinə düzüldük və üzüldük. Kimsə, heç bir qüvvə qalib xalqı su növbəsində dayanmağa məcbur edə bilməz və bilməyəcək!

XQ-nin analitik qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri