Icma.az
close
up
RU
Azərbaycanın keçmiş Hərbi prokurorları DOSYE

Azərbaycanın keçmiş Hərbi prokurorları DOSYE

News24 saytına istinadən Icma.az xəbər verir.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev səlahiyyət müddəti başa çatması münasibətilə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsini tərk etdi.

1955-ci il təvəllüdlü Xanlar Vəliyev 1985-1993-cü illərdə Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub. Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsini 2005-ci il fevralın 10-dan 2025-ci il aprelin 8-dək tutub.

Medianews.az bildirir ki, Xanlar Vəliyevdən əvvəl iki nəfər – Siyasət Alıyev və İlham Məmmədov Hərbi prokuror əvəzi işləyiblər.

Siyasət Alıyev 2000-2003-cü illərdə, İlham Məmmədov 2003-cü ilin aprelindən 2005-ci ilin fevralınadək Hərbi prokuror əvəzi olub.

1995-2000-ci illərdə Hərbi prokuror vəzifəsini Ramiz Rzayev tutub. 1953-cü il təvəllüdlü Ramiz Rzayev 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Baş prokuror yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Baş prokuror yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993-1995-ci illərdə Beyləqan rayon prokuroru işləyib.

General-mayor, II dərəcəli dövlət ədliyyə müşaviri Ramiz Rzayev 2000-2005-ci illərdə Baş prokurorun birinci müavini, 2005-2023-cü illərdə Ali Məhkəmənin sədri olub.

1993-1994-cü illərdə Hərbi prokuror vəzifəsində Nizami Təhməzov çalışıb. 1947-ci il təvəllüdlü Nizami Təhməzov 1984-1992-ci illərdə Bakı Şəhər Prokurorluğunda mühüm işlər müstəntiqi olub. Ədliyyə general-mayoru Nizami Təhməzov 2018-ci ildə vəfat edib.

Azərbaycan Respublikasının ilk Hərbi prokuroru Rövşən Əliyev olub. O, bu vəzifəni 1992-1993-cü illərdə tutub. 1955-ci il təvəllüdlü Rövşən Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Baş Prokurorluqda Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin kriminalistika şöbəsinin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb. 2002-ci ilin 13 martında Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Aprel 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri