Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycanın maraqlarının qorunmasına töhfə və ya COP29 üzrə dezinformasiya axını Türkiyədə necə ifşa edildi ANALİTİKA AZƏRTAC

Azərbaycanın maraqlarının qorunmasına töhfə və ya COP29 üzrə dezinformasiya axını Türkiyədə necə ifşa edildi ANALİTİKA AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankara, 24 dekabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili və ev sahibliyi ilə bağlı Bakının səylərinin dəstəklənməsi üzrə Türkiyənin hakimiyyət orqanlarının, ictimai təşkilatlarının və ekspert icmasının fəal səyləri fonunda ayrı-ayrı xarici siyasətçilər, media və qeyri-hökumət strukturları tərəfindən iqlim sammitinin keçirildiyi ölkəyə ünvanlanan qərəzli bəyanatlar və hücumlar qardaş ölkədə diqqətdən yayınmadı.

Türkiyə Qərbin “ikili standartları” ilə dünyanın hər hansı digər ölkəsindən daha çox tanışdır; bu, Ankaranın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlardan tutmuş NATO daxilində əməkdaşlığa qədər, müdafiə sahəsində əməkdaşlıq, İraq və Suriya da daxil olmaqla terrorla mübarizə kimi müxtəlif sahələrdə ildən-ilə özünü göstərir.

Suriyada antiterror əməliyyatları ilə bağlı, eləcə də 44 günlük Vətən müharibəsində Azərbaycana siyasi dəstək verdiyi üçün Qərbin Türkiyəyə qarşı açıq və ya gizli embarqolar tətbiq etmək qərarları Türkiyə vətəndaşlarının yaddaşından hələ silinməyib.

Özlərini Türkiyənin NATO müttəfiqi kimi göstərən ayrı-ayrı dövlətlərin açıq düşmən mövqeyi Ankaraya çoxdan məlumdur. Xaricdə, o cümlədən Fransa və erməni lobbisinin iştirakı ilə başladılan dezinformasiya və saxtakarlıq axınına qarşı mübarizədə Azərbaycan və Türkiyənin birgə səyləri kifayət qədər məntiqidir və gözləniləndir.

Təsadüfi deyil ki, Türkiyə mediasının Bakıda keçirilən iqlim sammiti mövzusundakı xəbər və məqalələrində təkcə bu tədbirdə aparılan qlobal müzakirələrin əhəmiyyətinə deyil, həm də dezinformasiya axınları və 169 ölkədən on minlərlə nümayəndənin iştirakı ilə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən danışıqları boykot etmək çağırışlarına diqqət çəkilib.

COP29 ilə bağlı yalan axınlarının yayılmasının yolverilməzliyi həm Türkiyə parlamentində, həm elmi-ekspert ictimaiyyətində, həm də qardaş ölkənin mətbuatında bəyan edilib. Eləcə də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Avraopa İttifaqının (Aİ) və Bakıda keçirilən iqlim sammitinə gəlməyən bir sıra dövlətlərin nümayəndələrinin mövqeyini pisləyib. O, diqqəti Qərbin “ikili standartları”na yönəldib ki, bir tərəfdən Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bəyan edirlər, digər tərəfdən isə Bakıya qarşı qərəzli mövqedən yanaşırlar; COP29-un tənqidi və iştiraka məhəl qoyulmaması bunun bariz nümunəsidir.

“Ümid edirəm ki, Qərbdə qardaş ölkəyə qarşı ikili münasibətindən imtina edəcəklər və Cənubi Qafqazda əməkdaşlığa, sülh və sabitliyə töhfə üzərində diqqəti cəmləyəcəklər”, - deyən türkiyəli parlamentari Prezident İlham Əliyevin COP29 çərçivəsindəki bəyanatlarının xüsusi əhəmiyyət daşıdığını bildirib.

Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Bekir Caner Şafak da Qərbin qərəzli mövqeyindən danışıb. O bildirib ki, Avropa İttifaqının rəhbərliyi və bu regiondakı ayrı-ayrı dövlətlərin rəhbərləri Bakıdakı sammitə gəlmək istəməyərək yenə də daxili gündəm və lobbiyə uyğun hərəkət etdilər. “Avropa İttifaqının ikiüzlülüyü göz qabağındadır. Bir tərəfdən, Aİ Azərbaycandan aldığı qazın artırılmasına dair saziş bağlayır - sənəd 2022-ci ildə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin iştirakı ilə aparılan danışıqlardan sonra imzalanıb. Növbəti il, yəni 2023-cü ildə isə Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran ermənipərəst qətnamə qəbul edir. Əminəm ki, Aİ ölkələrinin COP29-a münasibəti müəyyən siyasi dairələrin və ideoloji qrupların təsiri altında formalaşıb”, - deyə ekspert qeyd edib.

Ekspert Fransanı misal çəkərək bildirib ki, bu ölkədə dəfələrlə Avropanın gələcəyi üçün ekoloji gündəliyin vacibliyi bəyan edilib, lakin COP29-a nümayəndə heyəti göndərilməyib. Bekir Caner Şafak Parisin Azərbaycandakı iqlim sammiti ilə bağlı mövqeyini erməni lobbisinin hiylələri ilə əlaqələndirən fransalı politoloq Jan Mişel Brundan sitat gətirib: “Heç kimə sirr deyil ki, həm Fransanın, həm də ABŞ-ın siyasətinə erməni diasporunun təsiri var. ABŞ-da Erməni Milli Komitəsi (ANCA), Fransada isə Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) fəaliyyət göstərir. Hər iki struktur həm hakimiyyətə, həm də mediaya təzyiq üçün maliyyə rıçaqlarından fəal şəkildə istifadə edir”.

Azərbaycanda iqlim sammiti günlərində türkiyəli jurnalistlərin hazırladıqları onlarla müsahibə, məqalə və reportajlar Bakıda keçirilən sammitin gedişi və nəticələrinin real mənzərəsini düzgün təsəvvür etməyə kömək etdi.

“Anadolu” agentliyi və Türkiyənin bir sıra digər media strukturları COP29 mövzusundakı yazılarda Prezident İlham Əliyevin bəyanatlarını geniş işıqlandırıb, Azərbaycanın və BMT-nin iqlim sammitində iştirak edən digər dövlətlərin rəsmilərinin, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin mövqeyinə istinad ediblər.

“Haber Global” telekanalı COP29 mövzusunda hazırladığı reportajda tamaşaçılara Parisin Bakıya qarşı maxinasiyalarından danışıb, bunun dirijorunun “Havas” şirkətlər qrupunun, onun arxasında Fransa (DGSE) xarici siyasət və hərbi kəşfiyyatının birgə xidmətinin dayandığını bildirib.

“Azərbaycanın əleyhdarları COP29-da iştirakdan imtina etmək ideyasını fəal şəkildə irəli sürürdülər ki, guya ev sahibi olan ölkə neft və qaz hasilatçısıdır. Üstəlik, Avropa ölkələrində, Rusiyada və ABŞ-da eyni vaxtda anti-Azərbaycan isteriyası həyata keçirilirdi”, - deyə Türkiyə telekanalı qeyd edir.

“Haber Global” izləyicilərini noyabrın 5-də “Havas”ın baş direktoru Stefani Fuksun Rusiya və ABŞ-dakı media strukturlarına elektron poçtla göndərdiyi məktub haqqında məlumatlandırıb. Mesajda Fransanın keçmiş insan haqları elçisi, hazırda “Zimeray & Finelle” hüquq firmasının rəhbəri Fransua Zimeray ilə müsahibə təşkil etməyə hazır olduğu qeyd edilib. “Zimeray & Finelle” şirkətinin rəhbəri Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını dəstəkləyir.

Telekanal qeyd edir ki, Rusiya Federasiyasında “Havas” anti-Azərbaycan kampaniyası erməni separatçı Ruben Vardanyanın tərəfdarları tərəfindən maliyyələşdirilib, ABŞ-da isə Azərbaycan əleyhinə isteriya Nyu-Yorkun “Edelman Global Advisory” şirkəti və “Moran Global Strategies” Vaşinqton şirkəti vasitəsilə təbliğ edilib.

Avropa İttifaqına gəlincə, NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenin sahibi olduğu və ətrafı Brüsseldə İrəvanın maraqlarını təbliğ edən Danimarkanın “Rasmussen Global” şirkəti “Havas”ın “müttəfiqinə” çevrilib.

Nəhayət, Böyük Britaniyada “Havas”ın Azərbaycan əleyhinə təbliğata “Sanctuary Counsel” lobbi strukturu qoşulub.

Türkiyə mediası da COP29 zamanı Azərbaycan və Ermənistanın BMT-nin Haaqa Məhkəməsində qarşılıqlı iddialarına baxılması mövzusundan Bakıya qarşı istifadə etməyə çalışan erməni havadarlarının yalanlarını fəal şəkildə ifşa edib.

Qardaş ölkənin çoxmilyonluq media auditoriyası Azərbaycanla bağlı saxtakarlıqla mübarizədə mühüm rol oynayıb və oynayır, bununla da ölkəmizə qarşı “hibrid təhdidlərin” qarşısının alınmasına və region reallıqlarının təbliğinə tutarlı töhfə verir.

Türkiyə rəsmilərinin Azərbaycanın COP29-u təşkil etmək səylərini və iqlim sammitinin nəticələrini alqışlayan bəyanatları da Azərbaycanın beynəlxalq aləmdəki maraqlarına dəstək verən güclü siqnal oldu.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri