Icma.az
close
up
RU
Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı FOTOLAR

Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı FOTOLAR

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Avazada davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində avqustun 6-da “Azərbaycan milli günü” keçirilib.
Mədəniyyət Nazirliyindən Demokrat.az-a verilən məlumata əsasən, tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni və mənəvi irsini beynəlxalq ictimaiyyətə təqdim etməkdir.
Açılışı keçirilən "Azərbaycanın milli irsinin inciləri” adlı sərgi ziyarətçilərin böyük marağına səbəb olub. Sərgidə Azərbaycan xalçaçılıq ənənələri və müxtəlif xalça məktəblərinə aid nümunələr, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti inciləri təqdim edilib.
Ziyarətçilər sənət əsərlərini izləməklə yanaşı, xalça toxuma, şəbəkə düzəltmə, kəlağayı bəzəmə və zərgərlik üzrə ustad dərslərində də iştirak ediblər. Sərgi məkanında eyni zamanda canlı musiqi ifaları və milli rəqslər nümayiş olunub.
Tədbirin kulinariya zonası da ziyarətçilərin böyük marağına səbəb olub. Burada milli yemək və şirniyyat nümunələrimiz təqdim edilib. İştirakçılar bir sıra yeməklərimizin hazırlanma prosesini izləyib, onların dadına baxıblar.
Milli gün çərçivəsində axşam saatlarında Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı da keçirilib.
Xalq artistləri Alim Qasımov, Gülyanaq Məmmədova, Əməkdar artistlər Fərqanə Qasımova, Ramil Qasımov, Nərgiz Kərimova, Sahib Paşazadə, eləcə də Aşıq Samirə və Aşıq Əli, "Natiq" ritm qrupu və Azərbaycan Dövlət Rəqs Ansamblı bir-birindən  maraqlı ifaları ilə tamaşaçıların qəlbini fəth edib. 
Konsert proqramı böyük maraq doğurub, alqışlarla qarşılanıb.
Avazada “Azərbaycanın milli irsinin inciləri” sərgisi avqustun 8-dək davam edəcək.












 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Avqust 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see323

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see184

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see142

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see135

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see132

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see127

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see124

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see122

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see120

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see118

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see118

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri