Icma.az
close
up
RU
Azərbaycanın mülkiyyəti qanunsuz şəkildə Rusiyaya verilib

Azərbaycanın mülkiyyəti qanunsuz şəkildə Rusiyaya verilib

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri Bakı-Moskva münasibətlərində son dövrlərdə yaranmış həssas fonun mövcud olduğu bir vaxta təsadüf edir. Səfər çərçivəsində onun rusiyalı həmkarı Sergey Lavrovla keçirəcəyi görüşdə ikitərəfli münasibətlərin gündəliyi ilə yanaşı, regional proseslərlə bağlı məsələlərin də müzakirə olunacağı gözlənilir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə “qarşılıqlı maraq doğuran regional mövzular” da müzakirə ediləcək. Bu ifadə isə xüsusilə diqqət çəkir. Çünki hazırda Cənubi Qafqazda sülh gündəliyi, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi, regionda kommunikasiyaların açılması və Zəngəzur dəhlizi ətrafında gedən proseslər əsas regional müzakirə mövzuları olaraq qalır.

Ceyhun Bayramovun səfəri çərçivəsində məhz hansı regional məsələlərin müzakirə olunacağı açıqlanmasa da, görüşün Bakı-Moskva münasibətlərində yeni gündəliyin formalaşdırılması baxımından əhəmiyyət daşıdığı görünür.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə böhran yaranıb və hazırda əsas məqsəd ikitərəfli əlaqələrin əvvəlki səviyyəsinin bərpa olunmasıdır:

"Azərbaycanla Rusiya arasındakı münasibətlərdə böhran yaranıb. Cənab Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bu böhranın aradan qaldırılması ilə bağlı fikirlərini səsləndirib. Ənənəvi olaraq, Rusiya və Azərbaycan qarşılıqlı şəkildə ildə bir dəfə rəsmi səfərlər həyata keçirirlər. Xarici işlər nazirlərinin rəsmi səfərləri zamanı gündəlikdə bir çox məsələlər yer alır. Siyasi, iqtisadi, iki nazirlik arasında əməkdaşlıq formaları və digər məsələlər müzakirə olunur. Əsas məqsəd ikitərəfli münasibətlərdə yaranmış böhrandan əvvəlki əlaqələr səviyyəsinin bərpa edilməsidir. Kommunikasiya, tranzit, iqtisadi əməkdaşlıq, ticarət, mal mübadiləsi və digər məsələlər müzakirə olunacaq. Əminəm ki, həmişə olduğu kimi, azərbaycanlıların Rusiyadakı vəziyyəti barədə də fikirlər səslənəcək. Məsələlər çoxdur".

        

Sabiq nazirin fikrincə, əsas məsələ ondan ibarətdir ki, Rusiya artıq Ermənistan-Azərbaycan sülh prosesində əvvəlki vasitəçilik rolunun faktiki olaraq aradan qalxdığını anlayır:

"Bu baxımdan, Moskva mövcud imkanlardan istifadə edərək, Azərbaycan tərəfindən də qəbul ediləcəyi təqdirdə, sülh gündəliyinin inkişafına müəyyən töhfə verməyə cəhd göstərə bilər. Buna misal olaraq kommunikasiya məsələsini göstərmək olar. Burada əsas məqam ondan ibarətdir ki, söhbət Ermənistanın mülkiyyətində olmayan dəmir yolu infrastrukturundan gedir. Zəngəzur dəhlizi ərazisindən keçən bu dəmir yolu vaxtilə Azərbaycanın mülkiyyətində olub. Lakin sonradan Ermənistan həmin infrastrukturu qanunsuz şəkildə Rusiya Dəmir Yollarının istifadəsinə verib. Nəticədə əsl mülkiyyətçi olan Azərbaycan bu prosesdən kənarda qalıb, Ermənistanla Rusiya Dəmir Yolları arasında isə müvafiq saziş imzalanıb. Bu dəmir yolu TRIPP layihəsinin elementi kimi istifadə oluna bilər. Mülkiyyət məsələsi də aktualdır. Çünki Rusiya öz iştirakını TRIPP layihəsində təmin etmək üçün həm sərhədçilərin orada olmasını, həm də mülkiyyət hüquqlarından istifadəni nəzərdə tutur. Əsl mülkiyyətçi olan Azərbaycanın mövqeyi də bu məsələdə gündəmə gətirilməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyul 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri