Icma.az
close
up
RU
Azərbaycanın prinsipiallığı nəticə verdi

Azərbaycanın prinsipiallığı nəticə verdi

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək, "Azərbaycan Hava Yolları" QSC-yə məxsus sərnişin təyyarəsinin vurulmasına görə üzr istəyib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı və xəsarət alanlara şəfa dilədiyini deyib. Bunun ardınca Rusiyada Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb.

Azərbaycan Prezidentinin rəsmi saytında yayılmış məlumata görə,

Prezident İlham Əliyev telefon danışığı zamanı “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.

Bu, Azərbaycanın gözlədiyi və tələb etdiyi bir davranış idi. Prezident İlham Əliyev lap əvvəldən bütün versiyaları araşdırmaq tapşırığı vermişdi. Beləliklə, Azərbaycan dövləti, dövlət başçısı həlak olmuş 38 nəfərin, yaralanmış 29 nəfərin haqqını və öz dövlət maraqlarını sona qədər müdafiə etdiyini göstərdi.

Bu, iki ölkənin müttəfiqlik birgə fəaliyyəti haqqında bəyannamənin, ümumiyyətlə, qonşuluq, dostluq, strateji müttəfiqlik məntiqinə uyğun addımdır. Azərbaycan prezidenti və bütövlükdə dövlət qətiyyət və prinsipiallıq göstərdi. Təkcə özünün deyil, Qazaxıstanın və Qırğızıstanın, elə Rusiyanın özünün də vətəndaşlarının haqqını tələb etmiş oldu. Çünki hadisədə bu ölkələrin vətəndaşları da zərər çəkmişdi. Azərbaycan bu hadisənin adi bir qəza deyil, cinayətkarcasına səhv olduğunu Rusiya tərəfinə qəbul etdirdi. Bundan əvvəl də Rusiya hava məkanında, eləcə də, Rusiyanın faktik nəzarətində olan Ukrayna səmasında sərnişin təyyarələri vurulub. Ancaq heç birinə görə Moskva zərərçəkən dövlətdən üzr istəməyib. Ancaq Azərbaycan buna nail oldu. Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri var. Bu, əlbəttə, hər iki tərəf üçün çox mühümdür. Ancaq Azərbaycan tərəfi lazımi qədər qətiyyətli və prinsipial mövqe tutmasaydı, araşdırmaya beynəlxalq ekspertləri cəlb etməsəydi, bu hadisənin üstünü örtmək istəyən qüvvələr öz məqsədinə nail olacaqdı. Amma Azərbaycan prezidenti öz dövlətinin və zərərçəkən vətəndaşlarının haqqını heç kimə verməyəcəyini ilk andan nümayiş etdirmişdi. Nəticədə Rusiya Azərbaycandan üzr istədi və cinayət işi qaldırıldı. Bu, iki ölkə arasında münasibətlər üçün ciddi sınaq idi. Azərbaycan, Qazaxıstan, eləcə Rusiya özü bu sınaqdan keçmiş oldu. Bundan sonrası hər üç ölkədə cinayət işlərinin yekunlaşması, təqsirkarların cəzalandırılması və zərərçəkənlərə kompensasiyanın ödənilməsidir. Heç şübhə yoxdur ki, Azərbaycan dövləti bu prosesin sona qədər aparılması üçün eyni prinsipial və qətiyyətli mövqeyini göstərəcək.

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Dekabr 2024 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri