Azərbaycanın stolüstü tennisçiləri Dohadakı turniri 3 medalla başa vurublar
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycanın stolüstü tennisçiləri Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Star Contender Doha 2025” turnirini 3 medalla başa vurublar.
Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın son günündə mübarizə aparan Onur Quluzadə U-15 kateqoriyasının qoşa turnirində çıxış edib.
O, koreyalı həmkarı Ma Yeonqminlə finalda Türkiyə idmançıları Kenan Kahraman və Görkem Ocala uduzaraq gümüş mükafatla kifayətlənib.
Xatırladaq ki, bundan əvvəl O.Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova isə qoşa yarışlarda bürünc medala layiq görülüblər. O. Quluzadə həmçinin, Dohada təşkil olunan “WTT Youth Contender Doha 2025” turnirində ikinci yeri tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Fevral 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















