Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Azərbaycanın təsisçi üzv statusu Regional aktordan qlobal tərəfdaşa transformasiya

Azərbaycanın təsisçi üzv statusu Regional aktordan qlobal tərəfdaşa transformasiya

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Qlobal təhlükəsizlik arxitekturasının sarsıldığı və mövcud beynəlxalq institutların təsir imkanlarının azaldığı bir mərhələdə ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası” adlı yeni beynəlxalq təşkilatın yaradıldığını elan etməsi beynəlxalq münasibətlərdə yeni siyasi mərhələnin başlandığını göstərir.

Bu qərar Ağ Ev rəhbərinin xarici siyasətdə üstünlük verdiyi alternativ beynəlxalq mexanizmlər yanaşmasının məntiqi davamı kimi dəyərləndirilə bilər.

Donald Tramp Prezidentliyi dövründə dəfələrlə BMT, ATƏT və hətta NATO kimi ənənəvi qurumların artıq çevikliyini itirdiyini, konsensus böhranı yaşadığını və bir çox hallarda müasir təhlükəsizlik çağırışlarına operativ və effektiv cavab verə bilmədiyini açıq şəkildə ifadə edib. Xüsusilə, beynəlxalq hüququn selektiv tətbiqi və bəzi qurumların böyük güclərin maraqlarına xidmət edən alətə çevrilməsi bu institutların legitimliyini ciddi şəkildə zədələyib.

Bu yarıtmazlıq Azərbaycanın timsalında da aydın şəkildə özünü göstərib. ATƏT-in keçmiş Minsk Qrupunun təxminən 30 il ərzində nəticəsiz fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən qətnamələrinin icra edilməməsi beynəlxalq mexanizmlərin faktiki iflasının bariz nümunəsidir. Artıq bu reallıq təkcə qeyri-Qərb ölkələri tərəfindən deyil, Qərbin öz siyasi və akademik dairələri tərəfindən də etiraf olunur. Məhz bu baxımdan, “Sülh Şurası” ideyası klassik çoxtərəflilik modelindən fərqli olaraq siyasi iradəyə, real güc balansına və nəticəyönümlü diplomatiyaya əsaslanan yeni platforma kimi meydana çıxır.

Qlobal miqyasda münaqişələrin dərinləşdiyi, regional müharibələrin beynəlxalq təhlükəsizlik arxitekturasını sarsıtdığı bir dövrdə bu təşəbbüs sülhün artıq abstrakt çağırış deyil, konkret qərar və məsuliyyət tələb edən siyasi proses olduğunu göstərir.

Belə bir kontekstdə yaranan “Sülh Şurası”na Azərbaycanın dəvət olunması beynəlxalq diplomatiyada xüsusi diqqətəlayiq hadisədir. Rəsmi Bakı bu quruma məhz təsisçi üzv dövlət qismində dəvət edilib və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən dəvət məktubu ünvanlayıb. Bu fakt Azərbaycanın beynəlxalq münasibətlər sistemində artıq passiv müşahidəçi deyil, aktiv və təsirli aktor kimi qəbul edildiyini göstərir. Azərbaycanın təsisçi üzv statusu ABŞ tərəfindən ölkəmizə göstərilən yüksək siyasi etimadın və hörmətin açıq ifadəsi olmaqla yanaşı, Vaşinqton-Bakı münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını da təsdiqləyir.

Trampla Əliyev arasında “Sülh Şurası” ilə bağlı baş tutan qarşılıqlı məktublaşma isə adi diplomatik jestdən xeyli artıq məna daşıyır. Beynəlxalq praktikada dövlət başçıları səviyyəsində rəsmi yazışmalar adətən ya yeni siyasi mərhələnin başlanğıcını, ya da tərəflər arasında xüsusi statusa malik təşəbbüslərin mövcudluğunu əks etdirir. Bu baxımdan, sözügedən məktublar ABŞ ilə Azərbaycan arasında siyasi dialoqun artıq taktiki deyil, strateji müstəvidə qurulduğunu göstərən mühüm diplomatik siqnal kimi çıxış edir.

Eyni zamanda, bu proses iki ölkə arasındakı münasibətlərin klassik tərəfdaşlıq çərçivəsindən çıxaraq qarşılıqlı hörmətə, milli maraqların tanınmasına və praqmatik əməkdaşlığa əsaslanan yetkin siyasi modelə çevrildiyini nümayiş etdirir.

Azərbaycanın “Sülh Şurası”na təsisçi üzv kimi dəvət olunmasının əsas səbəblərindən biri Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən ardıcıl və uzaqgörən siyasətdir. Xüsusilə, 2020-ci ildən sonra dövlət başçısının atdığı addımlar Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılması, regional kommunikasiya xətlərinin açılması istiqamətində göstərilən siyasi iradə, Ermənistana tranzit məhdudiyyətlərin aradan qaldırılması Prezidentin sülhə praktik yanaşmasının göstəricisidir.

Bundan əlavə, qlobal təhlükəsizlik və sülh mövzularına həsr olunmuş yüksəksəviyyəli tədbirlərdə ardıcıl çıxışlar, Qoşulmama Hərəkatına sədrliyin uğurla həyata keçirilməsi, COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi hüququnun qazanılması Azərbaycan liderliyinə olan beynəlxalq etimadın bariz nümunələridir.

Bu siyasi xəttin məntiqi davamı kimi Prezident İlham Əliyevin 2025-ci il oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakı xüsusi əhəmiyyət daşıyır. Davamlı münaqişələrin və geosiyasi maraq toqquşmalarının mərkəzində yerləşən Yaxın Şərq regionunda Azərbaycanın dövlət başçısının sülh müzakirələrinə dəvət olunması ölkəmizin artıq təkcə regional deyil, daha geniş geosiyasi platformalarda da söz sahibi aktor kimi qəbul edildiyini göstərir. Bu iştirak Azərbaycanın balanslaşdırılmış, neytral və dialoqa əsaslanan mövqeyinin qlobal təhlükəsizlik gündəliyində maraq doğurduğunu aydın şəkildə ortaya qoyur.

Eyni zamanda, Azərbaycanın “Sülh Şurası”na dəvət edilməsi ölkənin illər ərzində formalaşdırdığı sülhyaratma təcrübəsinin beynəlxalq səviyyədə tanınmasının nəticəsidir. Azərbaycan NATO-nun rəhbərliyi altında həyata keçirilən beynəlxalq sülhməramlı missiyalarda, o cümlədən, Əfqanıstan və Kosovoda iştirakı ilə beynəlxalq təhlükəsizlik sisteminə məsuliyyətli yanaşmasını nümayiş etdirib.

Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə qlobal böhranlar fonunda fövqəladə sammitlərin təşkili, pandemiya zamanı humanitar və tibbi yardımların göstərilməsi, peyvəndlərin ədalətli bölgüsü ilə bağlı çağırışlar Azərbaycanın təhlükəsizlik anlayışına humanitar və sosial ölçülərdən də yanaşdığını sübut edib. Post-münaqişə dövründə Cənubi Qafqazda sülhün real mexanizmlər üzərindən qurulması təşəbbüsləri isə Bakının sülhə sistemli və uzunmüddətli baxışının göstəricisidir.

Nəticə etibarilə, Azərbaycanın “Sülh Şurası”na təsisçi üzv kimi dəvət olunması Vaşinqton-Bakı münasibətlərində yeni mərhələnin başlanmasının rəmzi olmaqla yanaşı, ölkəmizin artıq regional çərçivəni aşaraq qlobal sülh və təhlükəsizlik gündəliyində söz sahibi olan dövlət statusuna yüksəldiyini nümayiş etdirir. Bu addım həm diplomatik prestij, həm də beynəlxalq proseslərə real təsir imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır və Azərbaycanın beynəlxalq sistemdə mövqelərinin daha da möhkəmləndiyini göstərir.

Report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri