Icma.az
close
up
RU
Azərbaycanın ÜTT siz 29 ili: Nə itirdik, nə qazandıq?

Azərbaycanın ÜTT siz 29 ili: Nə itirdik, nə qazandıq?

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaqa üçün müraciətindən artıq 29 il keçir.

1997-ci ilin 23 iyun tarixində Azərbaycan hökuməti rəsmi olaraq ÜTT Katibliyinə müraciət edərək təşkilata üzv olmaq niyyətini bəyan edib. Müraciətdən qısa müddət sonra, 16 iyul 1997-ci ildə Azərbaycan üzrə xüsusi İşçi Qrupu yaradılıb və çoxtərəfli danışıqlar prosesinə başlanıb.

Qeyd edək ki, 1995-ci ildə yaradılan ÜTT hazırda 153 ölkəni özündə birləşdirir. Habelə, dünya ticarətinin təxminən 97%-ə qədəri ÜTT üzvlərinin payına düşür.

Beləliklə, 29 il ötməsinə rəğmən Azərbaycan hələ də ÜTT-dən kənarda qalır.

Görəsən, ora üzv olmamaqla ölkə olaraq nələri itirdik və ya qazandıq?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bakupost.az-a bildirib ki, Azərbaycanın ÜTT müraciətindən keçən bu illər bir ölkənin hansı seçim etdiyini, ya da hansı seçimdən qaçındığını göstərən uzun bir tarixi müddətdir:

“Azərbaycan bu 29 ildə dünya ticarət sisteminin əsas normallarından kənarda qaldı. ÜTT üzvlük ölkə ixracatçılarımıza digər ölkələrdə ayrı-seçkiliyə məruz qalmamaq üçün hüquqi alət verəcəkdi. İndiki halda isə Azərbaycan qeyri-neft sektorunda xarici bazarlara çıxmağa çalışarkən tərəfdaş ölkənin istədiyi tariflərə və maneələrə tabe olmaq məcburiyyətindədir. Bu, xüsusilə kənd təsərrüfatı, tekstil, kimya sənayesi kimi şaxələndirmə baxımından önəmli olan sahələrdə ağır itki deməkdir”.

Ekspertin sözlərinə görə, xarici investisiyalar məsələsində də mənzərə ciddidir:

“ÜTT üzvlüyü öz-özlüyündə investisiyaları təmin etmir. Amma şəffaf, beynəlxalq qaydalar çərçivəsindən kənarda qalan bir bazara ciddi sənaye investoru gətirmək çətindir. Azərbaycana gələn investisiyaların əksəriyyəti neft-qaz sektoruna yönəlib. Çünki neftin öz məntiqi, öz qiyməti var, burada ÜTT statusuna ehtiyac yoxdur. Lakin neft kənarında qalan real sektora kapital cəlb etmək üçün idarəetmə mühiti, şəffaflıq və beynəlxalq normalara uyğunluq tələb olunur - bunların bir qismi üzv olsaydıq, ÜTT prosesi vasitəsilə formalaşacaqdı”.

Mərkəz sədri hesab edir ki, burada institusional itki ən dərin itkidir:

“ÜTT-ya qoşulmaq prosesinin özü islahat məcburiyyətidir. Gürcüstan 2000-ci ildə, Ermənistan 2003-cü ildə, Ukrayna 2008-ci ildə üzv oldu. Bu ölkələr üzvlük prosesinin bir hissəsi kimi gömrük qanunvericiliyini, sahibkarlıq mühitini, intellektual mülkiyyət qanunlarını beynəlxalq standartlara uyğunlaşdırmaq məcburiyyətində qaldılar. Azərbaycanda bu xarici təzyiq olmadı, ona görə də müvafiq islahatlar ya edilmədi, ya gecikdi, ya da yarımçıq qaldı”.

Sözügedən quruma üzv olmamaqla əldə etdiyimiz qazanclara gəldikdə müsahibimiz deyir ki, neft gəlirləri sayəsində Azərbaycan ÜTT-nin verə biləcəyi faydaları müəyyən müddət "satın ala" bildi:

“Dövlət subvensiyaları, inhisarlar, qorunan bazarlar qısa müddətdə bəzi sektorlara süni rəqabət qabiliyyətliliyi saxlamağa imkan verdi. Dövlət üçün bu rahat idi - ÜTT üzvü olsaydı, kənd təsərrüfatına, metallurgiyaya, telekommunikasiyaya verilən dövlət dəstəyini kəsmək, ya da ciddi şəkildə azaltmaq lazım gələcəkdi”.

A.Nəsirlinin fikrincə, ÜTT-dən uzaq olmaqla hökumət iqtisadi siyasətdə müstəqillik əldə etdi:

“İdxal tariflərini istədiyi kimi müəyyənləşdirə, xarici rəqabəti yeri gəldikdə bağlaya, yerli istehsalçıları qoruya bildi. Lakin bu "müstəqilliyin" ciddi əks tərəfləri də var: rəqabət mühiti zəif olaraq qaldı, istehsal məhsuldarlığı artmadı, istehlakçılar daha bahalı və keyfiyyətsiz məhsullarla kifayətlənməli oldu”.

İqtisadçı düşünür ki, 29 il ərzində Azərbaycan ÜTT-ya qoşulmamağın faktiki qiymətini neft gəlirləri ilə ödəyib:

“Neft olmasa idi, bu qiymət daha erkən və daha ağrılı şəkildə ödəniləcəkdi. Neft islahat zərurətini təxirə saldı, ÜTT-nin yaradacağı xarici baskını əvəz etdi, qısa müddətdə büdcəni doldurdu. Lakin indi, neft gəlirlərinin uzunmüddətli perspektivi qeyri-müəyyən olduğu, iqtisadiyyatın şaxələndirilməsi milli strategiyaya çevrildiyi bir dövrdə, ÜTT xaricindəki bu 29 ilin dəyəri daha aydın və ağır görünür.

İnkişaf etmiş iqtisadiyyatlar beynəlxalq ticarət normalarına əsaslanan institutları onilliklər ərzində qurub. Azərbaycanda isə bu institutların böyük bir qismi hələ də ya zəifdir, ya da sadəcə mövcud deyil”.

Rüfət Sultan, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 İyun 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri