Icma.az
close
up
RU
Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu beynəlxalq və regional müstəvidə ölkəmizin rolunu daha da artırır ŞƏRH

Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu beynəlxalq və regional müstəvidə ölkəmizin rolunu daha da artırır ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu beynəlxalq və regional müstəvidə ölkəmizin rolunu daha da artırır. Təsadüfi deyil ki, bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir və bu, ölkəmizin iqtisadi inkişafına mühüm töhfə verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

“Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında qeyd etdiyi kimi, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun formalaşdırılması istiqamətində olduqca mühüm layihələr reallaşdırılıb. Bütün yol infrastrukturu yenilənib, o cümlədən kəndləri, qəsəbələri, şəhərləri birləşdirən yollar salınıb. İşğaldan azad olunmuş ərazilərdə də bu gün müasir yol infrastrukturu qurulur”, - deyə deputat bildirib.

O vurğulayıb ki, Azərbaycan yerləşdiyi coğrafi mövqeyin yaratdığı imkanlardan səmərəli istifadə edərək strateji nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsinə nail olub. Belə ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu bu gün Avrasiyanın nəqliyyat xəritəsində önəmli rola malikdir. Yaradılan müasir infrastruktur nəticəsində Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin ölkəmizin ərazisindən keçməsi təmin edilib.

M.Qasımlı, həmçinin deyib: “Nəqliyyat infrastrukturundan danışarkən, əlbəttə, ölkəmizin ərazisində mövcud olan müasir hava limanlarının imkanlarını xüsusi qeyd etmək lazımdır. İşğaldan azad edilən Füzulidə və Zəngilanda müasir beynəlxalq hava limanları artıq istifadəyə verilib, Laçın hava limanının inşası davam etdirilir. Həmçinin Qəbələdə və Zaqatalada müasir hava limanları var. Digər hava limanları isə əsaslı təmir olunub. Bir sözlə, bu gün bütün sahələrdə dayanıqlı inkişafa malik Azərbaycan müasir nəqliyyat infrastrukturu ilə də diqqət mərkəzindədir”.

Azərbaycanın uzun illər ərzində Ermənistanı bütün regional və qlobal əhəmiyyətli layihələrdən kənarda saxladığını xatırladan M.Qasımlı qeyd edib ki, Vətən müharibəsindən sonra Ermənistan yaranmış fürsəti dəyərləndirə bilmir. Zəngəzur dəhlizinin açılması 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatla Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Regional kommunikasiyaların açılması hazırkı vəziyyətdə Ermənistanın inkişaf yoluna qədəm qoyması üçün yaxşı çıxış yolu ola bilər. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı beynəlxalq layihənin icrası mümkün deyil. Buna görə də Ermənistan Azərbaycandan Azərbaycana heç bir maneənin olmadığı yolun açılmasını təmin etməlidir. Bu, Ermənistanın üzərinə götürdüyü öhdəlik, Azərbaycanın isə haqlı tələbidir.

Vətəndaşların yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunmasının daim dövlətin diqqət mərkəzində saxlanıldığını söyləyən Mircəlil Qasımlı qeyd edib ki, iqtisadi inkişaf, əhalinin artımı bu gün dünyanın qabaqcıl şəhərlərində olduğu kimi, ölkəmizdə də tıxacların artmasına gətirib çıxarıb. Dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən layihələr, yeni qəbul olunacaq Dövlət Proqramı bu məsələni həll etməklə yanaşı, paytaxtımızın və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını təmin edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri