Icma.az
close
up
RU
Azərbaycanın yaratdığı reallq, dünya dövlətlərinin ölkəmizə marağı və uğurlu diplomatiyanın həlledici rolu Azərbaycan dünya birliyinin ən fəal ölkələrindən birinə çevrilib KONKRET

Azərbaycanın yaratdığı reallq, dünya dövlətlərinin ölkəmizə marağı və uğurlu diplomatiyanın həlledici rolu Azərbaycan dünya birliyinin ən fəal ölkələrindən birinə çevrilib KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər Azərbaycanın dünyada öz çəkisi, öz yeri var. Güclü iqtisadiyyata malik ölkəmizin Avropanın enerji təhlükəsizliyində önəmli rol oynaması da Azərbaycana olan diqqəti bir qədər də artırır. Azərbaycan dünyanın enerji bazarında xüsusi çəkiyə malikdir və hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunan xam neftdən müxtəlif ölkələr faydalanır. Ölkəmizin dünya birliyinə inteqrasiya olunmasında təbii ki, neft və qaz amilinin xüsusi rolu var. Son vaxtlar Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklərdən sonra da Azərbaycanın siyasi imici ciddi şəkildə dəyişib və dünya dövlətləri ölkəmizlə hesablaşmağa başlayıb.

Məsələylə bağlı KONKRET.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bildirdi ki, doğurdan da Azərbaycan dünya birliyinə güclü inteqrasiya meyillərini nümayiş etdirir:

“Bu hadisə həm regional, həm də qlobal müstəvidə baş verir və Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində, Azərbaycan dünya birliyidə qəbul olunan dövlətə çevrilib. Xüsusilə Vətən müharibəsi, torpaqlarımızın işğaldan azad olunması,  ardınca lokal xarakterli antiterror tədbirləri suverenliyimizin bərqərar olmasının əsaslarını yaratdı. Uzun illər ərzində Azərbaycan informasiya müharibəsi müstəvisində öz reallıqlarını diktə edirdi. Və nəhayətdə dünya birliyi də Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul etdi. Son nəticədə Ermənistan özü də yeni geopolitik reallıqları qəbul etməyə məcbur oldu. Almatı bəyannaməsinin hüquqi təsirlərini əsas götürərərk  Ermənistanın baş naziri Nikol Paşinyan  həm də, yeni sərhədlərin formalaşmasının tərəfdarı kimi çıxış edir. Azərbaycan da bu prosesdə fəal iştirakçıdır. Hətta, Şimal istiqamətində 20 km-ə yaxın ərazi demarkasiya edilib. Bu da böyük bir nəticə hesab olunmalıdır. Ümumilikdə dünya birliyinə inteqrasiya müstəvisində həm ikitərəfli, həm də çoxtərəfli proses görünməkdədir. Bu, eyni zamanda Azərbaycanın mühüm geopolitik aktor kimi fəaliyyətinin nəticəsidir. Biz regionda olan çətinlikləri, həsas münasibəti, ayrı-ayrı güclü aktorlarla ziddiyətləri kənara qoyub tərəfdaşlıq, əmməkdaşlığın gücləndirilməsi, bərabərhüquqlu münasibətlərin təşviq olunması, daxili işlərə qarışmamaq, müstəqilliyi və suverenliyi rəhbər tutmaq siyasətini həyata keçiririk. Burada əlbəttə ki, terrorizmlə mübarizə, mütəşəkkil cinayətkarlığın qarşının alınması,  birgə fəaliyyət nəticəsində iqtisadi səmərəliliyin artırılması, 3+3 formatının müzakirəsi əsas prioritetlər sırasındadır. Ona görə də bizim üçün dünya birliyinin regiona dair münasibəti hər zaman sülh və təhlükəsizlik yönümündə olmalıdır. Beynəlxalq təşkilatlarla və digər dövlətlərlə əməkdaşlıq da siyasi gündəliyin əsas prioritetini təşkil edir. Son dövrlər  biz,  Mərkəzi Asiya ilə Azərbaycan arasında münasibətlərdə də yaxınlıq görürük. Bu,  Türk Dövlətləri Təşkilatının inteqrasiyası. Türk ailəsinin daha yaxından əməkdaşlıq etmək istəyindən irəli gəlir. Digər tərəfdən, Orta dəhliz, Zəngəzur dəhlizinin açılaması, qlobal müstəvidə isə Şərq ilə Qərb arasında olan bağlantıların formalaşmasında Azərbaycanın imkanları təqdim olunur. Gələcəkdə  bu layihələrdə Azərbaycan  tranzit ölkə kimi iştirak edəcək”.

Daha sonra Azərbaycanın yaşıl gündəliyinə toxunan politoloq bildirdi ki, COP29-a ev sahibliyi Azərbaycan üçün siyasi dvidentlər qazandırdı: “Önəmli  istiqamət Azərbaycanın yaşıl gündəliyi ilə bağlıdır.  Azərbaycan mötəbər COP29 tədbirinə ev sahibliyi etdi. Bakı qlobal iqlim hədəfləri ilə bağlı nəticəyə müyyəsər oldu. 300 milyard dollarlıq illik büdcə və ambisiyalı 1,3 trilyon dollarlıq iqlim hədəfləri kifayət qədər böyük bir göstəricidir. Bu istiqamətdə Azərbaycan diplomatiyası da fəal iştirak elədi. Azərbaycan nəinki ənənvi olaraq enerji, nəqliyat və digər sahələrdə fəal təşəbbüs irəli sürən dövlət kimi iştirak edir, hətta Azərbaycan günəş, külək, su enrjisinin istehsalı və elecə də xaricə ötürülməsində fəal rol oynayan dövlətdir. Bu baxımdan Azərbaycanın irəli sürdüyü təşəbbüslər çox şaxəlidir, müxtəlif məqsədləri özündə birləşdirir və uğurlu gələcək vəd edir”.

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi mövzusuna uyğun olaraq dərc edilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Dekabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see217

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see210

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see191

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see182

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see174

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see165

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see158

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see146

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see133

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri