Icma.az
close
up
RU
Baş nazirin müavini: Ukraynanın Azərbaycanla çox səmərəli əməkdaşlığı var

Baş nazirin müavini: Ukraynanın Azərbaycanla çox səmərəli əməkdaşlığı var

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Ukrayna və ölkəmiz üçün tarixi bir andır. Biz ilk dəfə Beynəlxalq Şəhərsalma Forumunda ölkəmizi təqdim edirik. Bu, Ukraynanın milli pavilyonudur və gələcək evlərimizin bərpasını təmsil edir.

APA xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, icmalar və ərazilərin inkişafı üzrə nazir Oleksiy Kuleba WUF13 çərçivəsində “Urban Expo” sərgisində Ukrayna pavilyonunda jurnalistlərə açıqlamasında deyib.

O, forumun təşkilatçılarına, xüsusilə Azərbaycan Respublikasına təşəkkür edib.

“Müharibə davam etdiyi müddətdə bizim prinsipimiz budur: biz həm bərpanı davam etdiririk, həm də bunu genişmiqyaslı işğaldan əvvəlkindən daha yaxşı şəkildə həyata keçiririk”, - Kuleba bildirib.

Baş nazirin müavini qeyd edib ki, hazırda Ukraynada yeraltında fəaliyyət göstərən 20-dən çox məktəb var: “Bu, bizim yeni reallığımızdır və biz bunu sizinlə bölüşmək istəyirik. Təəssüf ki, bu çox pis bir təcrübədir, amma biz bunu Rusiyanın təcavüzü səbəbindən yaşayırıq. İstəyirik ki, siz bu şəraiti biləsiniz və faciəmiz haqqında eşidəsiniz. Bir daha qeyd etmək istəyirəm ki, bu bizim üçün yalnız faciə deyil. Bu, həm də bərpa və xalqımızın dözümlülüyü üçün bir fürsətdir”.

Oleksiy Kuleba Ukraynanın Azərbaycanla çox səmərəli əməkdaşlığının olduğunu vurğulayıb: “Burada bizimlə birlikdə İrpen şəhərinin nümayəndəsi Anjela Makeeva da iştirak edir. O, İrpen şəhər administrasiyasının katibidir. Azərbaycan Ukraynada bəzi obyektlərin yenidən qurulmasına kömək edir və əlbəttə ki, bizim üçün burada olmaq və hökumətlərlə belə söhbətlər aparmaq çox rəmzi əhəmiyyət daşıyır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 May 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri