Icma.az
close
up
RU
Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi, Cənubi Qafqazda yeni bir eranın başlanğıcı olacaq

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi, Cənubi Qafqazda yeni bir eranın başlanğıcı olacaq

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ötən gün keçirilən mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib. Baş nazir bu çıxışıyla bir tərəfdən Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu rəsmən qəbul etdiyini xatırladır, digər tərəfdən bu mövqeyin vaxtında qəbul edilməməsinin yaratdığı siyasi və humanitar fəsadları nəzərdə tutur. Bu açıqlama Ermənistan cəmiyyətində və siyasi dairələrdə ciddi rezonans doğura bilər. Düşünürəm ki, Paşinyanın bu mövqeyi iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidə aparılan danışıqlardan məmnunluğundan irəli gəlir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin razılaşdırılması onilliklər boyu davam edən düşmənçiliyə son qoyan dönüş nöqtəsi olacaq.

Müşfiq Cəfərov

“Ümumiyyətlə son aylar Ermənistan rəhbərliyi sülhdən daha intensiv danışır. Amma indi onun bütün davranışları sülh sazişi barəsindəki çıxışlarına tam uyğunlaşır. Azərbaycan və Ermənistan aralarındakı məsələləri yalnız özləri, hansısa 3-cü dövlət olmadan, təklikdə həll edə bilsə və tənzimləsə, heç bir superdövlətə, təşkilata ehtiyac qalmaz. Ermənistan siyasi dairələri artıq anlamağa başlayıb ki, ən yaxın qonşusu Azərbaycana qarşı düşmənçilik və işğalçılıq siyasəti heç də doğru üslub deyil. Onlar Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri bərpa olunmasının vacibliyini açıq şəkildə dilə gətirirlər”-deyə deputat vurğulayıb.

“Paşinyan hökumətinin xeyli sayda məğlubiyyətləri, itkiləri var. Qarabağ itirildi, bir çox böyük dövlətlərlə müttəfiqliklər də itirildi. Artıq Ermənistan hakimiyyətinə uğur lazımdır. Müharibədən cana doymuş erməni xalqına sülh və sabitlik gərəklidir. Azərbaycanla sülh müqaviləsi ilə yanaşı, eyni zamanda Türkiyə ilə münasibətlər normallaşmalı, sərhədlər açılmalı, ticarət münasibətləri başlamalı, gediş-gəliş bərpa olunmalıdır. Sülh sazişi təkcə regionda kommunikasiyaların açılmasına imkan verməyəcək, Cənubi Qafqazda yeni bir eranın başlanğıcı olacaq”-deyə Müşfiq Cəfərov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 İyul 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri