“Azərbaycanla Ermənistan arasında qarşılıqlı gediş gəlişlərinin daha da vüsət almasının tərəfdarıyam...”
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
“Buna qarşı çıxanlar diplomatiyanın nə olduğunu bilməyən, indiki həssas dönəmdə Ermənistanla Azərbaycanın nə qədər əhəmiyyətli olduğunu anlamayan kəslərdir...”
“Azərbaycanla Ermənistan arasında vətəndaş cəmiyyəti üzvlərinin qarşılıqlı gediş-gəlişlərinə, ümumiyyətlə, sülh sazişinə doğru gedən iki ölkənin müxtəlif səviyyələrdə yaxınlaşmasına qarşı çıxanlar dırnaqarası “vətənpərvərlik” nümunəsi göstərirlər. Bunlar diplomatiyanın nə olduğunu bilməyən, indiki həssas dönəmdə Ermənistanla Azərbaycanın nə qədər əhəmiyyətli olduğunu anlamayan kəslərdir”.
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli ifadə edib.
“Ermənistanın baş naziri Nikol Paşinyan əgər erməni xalqının Azərbaycana qarşı revanşist, irqçi münasibət nümayiş etdirməyə çalışan nümayəndələrini ağ yuyub qara sərirsə, biz də buna uyğun davranış nümayiş etdirməliyik. Mən hesab edirəm ki, vətəndaş cəmiyyəti üzvlərinin qarşılıqlı görüşləri xalq diplomatiyasıdır, xalqları bir-birinə yaxınlaşdıran əsas körpüdür. Ona görə də bu prosesin daha vüsətlə davam etməsinin tərəfdarıyam”, -deyə davamında politoloq vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Noyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















