Icma.az
close
up
RU
Azərbaycanla Macarıstanın ticarət əlaqələrində müsbət dinamika davamlı xarakter alıb

Azərbaycanla Macarıstanın ticarət əlaqələrində müsbət dinamika davamlı xarakter alıb

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Macarıstanda Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı keçirilib. Toplantıdan əvvəl,mayn 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüləri olub və mətbuata bəyanatlar veriblər. Macarıstanın Baş naziri bildirib ki,”tarixdə ilk dəfədir ki,Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda keçirilir.Biz bu təşkilata tamhüquqlu üzv deyilik,biz müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu Zirvə toplantısına ev sahibliyi edirik.” Macarıstanın bu tədbirə ev sahibliyi etməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa sadiq olduğuna böyük əhəmiyyət verməsinin növbəti göstəricisidir.
Azərbaycan Prezidenti bildirib ki, keçən il Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü Şuşa şəhərində keçiriləndən sonra bunun artıq ənənəyə çevrilməsini və ikinci bu cür tədbirin bu il müşahidəçi dövlət olaraq Macarıstanda keçirilməsini məmnunluq yaradır.Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir.
Azərbaycan Prezidenti əlavə edib ki,”bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir...Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində- Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. pay sahibidir...Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır… Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq…Biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik…Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyük miqyaslı yaşıl enerji gündəliyi vardır.”
Mayın 20-də Budapeştdə Azərbaycan Prezidentinin Macarıstanın Baş naziri ilə görüşüləri və mətbuata bəyanatlarla çıxışlarında toxunulan məsələlər göstərir ki, Azərbaycanın Macarıstanla Avropa İttifaqı və NATO üzvü kimi münasibətləri genişləndirilmiş uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə uyğun yeni hədəflərə doğru gedir,həm də Türk Dövlətləri Təşkilatının hədəfləri kontekstində keyfiyyətcə tamamilə yeni məzmun kəsb etməyə başlayıb. Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının Budapeştdə keçirilmsi bir tərəfdən,Türk Dövlətləri Təşkilatının Macarıstana verdiyi önəmin bariz nümunsi,digər tərəfdən isə bu qurumun Avropa məkanına strateji çıxış əldə etməklə beynəlxalq arenada nüfuzunun artmasına və türk dövlərlərinin doğru saydığı əsas hədəfə doğru hərəkətində Macanıstan daxil bütün iştirakçi dövlətlərin rolunun artmasına əlavə impuls verəcəkdir.
Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq əsasında formalaşan və yüksək siyasi dialoqla xarakterizə olunan münasibətlər iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün yaxşı zəmin yaradıb. Münasibətlər iki ölkə arasında mövcud olan “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə”yə uyğun surətdə demək olar bütün sahə və istiqamətləri əhatə etməyə başlayıb.Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu kontekstində Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdalıq xüsusi yer tutur. Ölkələrimizin yaxın siyasi münasibətləri iqtisadi, elmi-texniki, mədəni və digər sahələr üzrə əlverişli zəmin, eləcə də strateji şirkətlər və biznes qurumları arasında da əməkdaşlıq üçün lazımi çərçivələr yaradır.
Azərbaycanla Macarıstanın ticarət əlaqələrində müsbət dinamika davamlı xarakter alıb.Belə ki,ki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 2005-ci ildə 4,8 milyon dollar, 2010-cu ildə 14,3 milyon dollar, 2015-ci ildə 17,9 milyon dollar, 2020-ci ildə 38,9 milyon dollar, 2022-ci ildə isə 47,4 milyon dollar, 2023-cü ildə 48,4 milyon dollar,2024-cü ildə 62,3 milyon dollar təşkil edib.Yəni iki ölkə arasında ticarət dövriyyəsi son 20 ildə- 13 dəfə,15 ildə-4,4 dəfə, 10 ildə-3,5 dəfə 4 ildə- 1,6 dəfə,2023-cü illə müqayisədə 2024-cü ildə isə 29 faiz artıb.Bu iki ölkə arasında əlaqələrin inkişafının dinamik xarakter daşımasının və getdikcə möhkəmlənməsinin mühüm göstəricisidir.Bununla belə, ölkələr arasındakı iqtisadi münasibətlərin dinamikası nisbi mənada məqbul sayıla bilsə də, onun miqyasları mütləq göstəricilər baxımından tərəflərin potensial imkanlarına və siyasi əməkdaşlığın intensivliik dərəcəsinə yetərincə cavab vermir.Əgər nəzərə alsaq ki,hər iki tərəf əməkdaşlıq sahələrini daha da genişləndirməkdə maraqlıdır, bu yöndə mövcud imkanlardan daha geniş istifadə edilməsini vacib hesab edirik.Strateji tərəfdaşlıq kontekstində enerji sahəsindəki əməkdaşlıqla yanaşı, ticari-iqtisadi əlaqələrin daha geniş planda inkişaf etdirilməsi regional təhlükəsizlik və iqtisadi inkişaf baxımından daha böyük perspektivlərə yol açacaq.
Əli Məsimli, Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 May 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda “Meksika kuklaları” adlı fotosərgi açılıb

20 May 2025 00:13see219

Elgünün işi ilə bağlı rəsmi çağırış: Kimdə varsa, gətirsin

20 May 2025 14:19see166

BDU nun Psixoloji yardım sektoru Gənc istedadlar liseyində Sənin peşən, sənin gələcəyin adlı təlim keçirib

20 May 2025 10:51see132

Elgünün dostları və qohumları da dindirilib RƏSMİ AÇIQLAMA

20 May 2025 13:17see124

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see122

İPhone 17 Air batareyası ilə məyusluğa səbəb olacaq

20 May 2025 01:21see117

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see116

Bu kolbasalar böyrəkdə daş yaradır

20 May 2025 11:31see116

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see113

“Adidas”ın Türkiyə hesabında müştəri məlumatları sızdırıldı Foto

20 May 2025 01:34see113

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see113

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see113

Bu meyvə ürəyin dərmanı imiş MÖCÜZƏ

20 May 2025 13:20see113

Hərbi xidmətə getməyə hazırlaşan tələbənin faciəli sonu TƏFƏRRÜAT

20 May 2025 01:07see112

Bu klublar Superliqanı tərk etdilər

19 May 2025 23:22see112

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see112

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see111

Bakıda qadın avtobusda bıçaqla sərnişinləri hədələdi Video

20 May 2025 10:09see109

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb

20 May 2025 11:29see109

Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxsə ağır cəza verdi

20 May 2025 12:07see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri