Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs Gəminin sahibi azərbaycanlı iş adamıdır
Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Helsinki Rayon Məhkəməsi “Fitburg” yük gəmisinin kapitanı, Rusiya vətəndaşı Andrey Maksimenkonu 3 il 6 ay, həmin gəminin azərbaycanlı bosmanı Vüsal Məcidovu isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edib.
Onlar ağırlaşdırıcı hallarda təxribat törətməkdə təqsirli biliniblər. Söhbət 2025-ci il dekabrın 31-də “Fitburg” gəmisinin Finlandiya körfəzinin dibi ilə çəkilmiş iki telekommunikasiya kabelini zədələməsi hadisəsindən gedir.
Azpost.info bildirir ki, bu barədə “Yle” məlumat yayıb.
Məhkəmə Maksimenko və Məcidovun hərəkətlərini qəsdən törədilmiş hesab edib. Onlar Finlandiya Cinayət Məcəlləsinin 34-cü fəslinin 3-cü maddəsi üzrə “ağırlaşdırıcı hallarda təxribat” törətməkdə təqsirli biliniblər və real həbs cəzasına məhkum ediliblər.
Hər iki dənizçiyə verilən cəza prokurorun ilkin olaraq tələb etdiyi 2 il 6 aylıq həbs müddətindən də ağır olub. Bundan başqa, “Fitburg”un kapitanı və bosmanı zərərçəkmiş tərəfin apardığı araşdırma və zədələnmiş infrastrukturun təmiri xərclərini ödəməyə məcbur ediliblər. Maksimenko və Məcidov isə özlərini təqsirli bilməyiblər.
Sent-Vinsent və Qrenadin bayrağı altında üzən “Fitburg” ötən qış Sankt-Peterburqdan İsrailin Hayfa limanına konstruksiya poladı yükü daşıyırmış. 2025-ci il dekabrın 31-nə keçən gecə Baltik dənizində yük gəmisinin lövbəri təxminən 130 kilometr məsafədə dənizin dibi ilə sürünərək Finlandiyanın “Elisa” şirkətinə məxsus iki telekommunikasiya kabelini zədələyib. Həmin gün Finlandiya sərhədçiləri göyərtəsində 14 ekipaj üzvü olan “Fitburg” gəmisini saxlayıblar.
Bir müddət sonra gəmi və dənizçilərin əksəriyyəti sərbəst buraxılıb. Lakin Maksimenko və Məcidov telekommunikasiya sistemlərinin fəaliyyətinə müdaxilə (sonradan məhkəmə bu ittihamı ləğv edib) və ağırlaşdırıcı hallarda təxribat törətmək ittihamları ilə həbs olunublar.
İttiham tərəfinin versiyasına görə, “Fitburg”un kapitanı və bosmanının hərəkətləri sualtı infrastrukturun daha səkkiz obyektini də təhlükə altına qoyub. Bunlara digər rabitə kabelləri, elektrik xətləri və qaz kəmərləri daxil olub.
Maksimenko və Məcidov istintaq zamanı dəfələrlə irəli sürülən bütün ittihamları rədd ediblər. “Fitburg”un kapitanı dekabrın 31-də baş verən hadisəni şərh edərkən lövbərin nasazlığının səbəbinin ona tam aydın olmadığını bildirib. O, Kreml tərəfindən həyata keçirilən hibrid hücumda iştirak etməsi ilə bağlı ehtimalları “cəfəngiyat” adlandırıb.
Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov da bəyan edib ki, Helsinki “Fitburg”un ekipajına qarşı heç bir real sübut təqdim etməyib. Onun sözlərinə görə, “Elisa” şirkətinin kabellərinə zərər Finlandiyanın ərazi sularından kənarda vurulduğuna görə araşdırma Finlandiyanın daxili qanunları ilə deyil, BMT-nin Dəniz Hüququ Konvensiyası çərçivəsində aparılmalıdır. Bu barədə RİA Novosti məlumat yayıb.
“Fitburg” gəmisinin özü Seyşel adalarında qeydiyyatdan keçmiş “Fitburg Shipping Co Ltd” şirkətinə məxsusdur. Gəminin faktiki sahibi isə Türkiyəli iş adamı Rahim Ələkbərovdur.
Rahim Ələkbərov azərbaycanəsilli tanınmış türkiyəli iş adamı, Türkiyənin aparıcı gəmiçilik şirkətlərindən biri olan Albros Shipping & Trading Ltd-nin təsisçisi, rəhbəri və əsas səhmdarıdırdır (76 faiz səhm). Qardaşları Rauf və Rasim Ələkbərovlarla birlikdə Qara dəniz regionunda, eləcə də Türkiyə, Rusiya və Azərbaycan bazarlarında dəniz yükdaşımaları sahəsində əsas fiqurlardan biri hesab olunur. R. Ələkbərov Türkiyə gəmiqayırma sektorunun nüfuzlu iştirakçılarından və Türkiyə ilə Rusiya arasında dəniz nəqliyyatı əlaqələrinin əsas logistika həlqələrindən biri hesab olunur.
Quru yük daşıyan gəmi Qərb ölkələrinin rəsmi sanksiya siyahılarına daxil edilməyib. Bununla belə, o, sanksiyalardan yayınma və “kölgə donanması” ilə əlaqəli ola biləcək gəmilərin monitorinq siyahılarında “maraq doğuran gəmi” kimi qeyd olunub.
Post navigationPrevious: Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 Noyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















