Icma.az
close
up
RU
Azərbaycanlı jurnalistin İrəvanda verdiyi sual Mirzoyanı özündən çıxardı

Azərbaycanlı jurnalistin İrəvanda verdiyi sual Mirzoyanı özündən çıxardı

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın jurnalistinin İrəvanda Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı sualını cavablandırıb.

Turkustan.az xəbər verir ki, bu, İrəvanda keçirilən beynəlxalq forumdan sonra baş verib.

Nazirin sözlərinə görə, Azərbaycandan gəlmiş jurnalistdən İrəvanda rəsmi Bakının ritorikasını təkrarlayacaq sual eşitmək istəməzdi, çünki bu mövzular artıq azərbaycanlı həmkarı ilə müzakirə olunur: “Biz hesab etmirik ki, Konstitusiyamızda Azərbaycan üçün narahatedici hər hansı bənd var. Buna görə də bu məsələni danışıqlar gündəliyinə daxil etmirik və bunun ətrafında danışıq aparmırıq”.

Mirzoyanın fikrincə, əsas məsələlər üzrə razılıq əldə olunub və sülh artıq bərqərar edilib, amma bir sıra məsələlər var ki, tərəflər hələ razılığa gələ bilməyiblər: “Bu da həmin məsələlərdən biridir. Bu istiqamətdə razılaşma yoxdur”.

Nazir həmçinin Bakının bu halda sülh sazişini imzalamayacağı barədə bəyanatına da münasibət bildirib: “Bu, onların mövqeyidir. Bu, razılıq olmayan məsələlərdən biridir”.

Mirzoyan əlavə edib ki, sazişin paraflanması artıq sülhün bərqərar olduğunu təsdiqləyib: “Sazişin məqsədi sülhü təmin etmək idi və buna artıq nail olmuşuq - liderlərin görüşləri və sonrakı təmaslar nəticəsində. Sülh mövcuddur. Həm Ermənistan, həm Azərbaycan xalqı sülhün bəhrəsini görür”.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün müvafiq yanlışın aradan qaldırılmasını tələb edib. Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendum gələn il keçiriləcək. Hazırda Ermənistan Konstitusiya İslahatları Şurası yeni Konstitusiyanın mətnini hazırlayır. Ölkənin ədliyyə naziri Srbuhi Qalyan müvafiq istinadın çıxarılacağını istisna etməyib.

Əlavə edək ki, 4-5 noyabr tarixlərində İrəvanda “Orbeli Forumu: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” adlı beynəlxalq tədbir keçirilir. Forum avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması kontekstində Cənubi Qafqazda yeni yaranmış vəziyyətin müzakirəsinə həsr olunub. Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan tədbirdə Azərbaycan və Türkiyədən media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyini açıqlayıb./teleqraf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see342

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see331

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see223

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see194

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see192

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see182

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see175

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see137

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri