Azərbaycanlı müğənni Rusiyanın məşhur musiqi layihəsində
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan əsilli müğənni Bahh Tee (Bəxtiyar Əliyev) Rusiyada yenidən yayımlanacaq “Ulduzlar fabriki” layihəsinin komandasına qoşulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi “Lotus Media” teleqram kanalına açıqlamasında bildirib.
Bahh Tee layihənin seçim mərhələsində iştirak etdiyini və ümumilikdə 24 ifaçının seçildiyini açıqlayıb. Müğənni onlardan üçünə şəxsən mentorluq edəcək:
“Hələlik üç nəfər seçmişəm: bir oğlan və iki qız. Bəlkə də onlardan biri sonradan mənim bek-vokalçım olar. Zarafat edirəm, istəyirəm ki, onlar ulduz olsunlar”.
Qeyd edək ki, Bahh Tee 2010-cu illərdə “Любви достойна только мама” və “10 лет спустя” mahnıları ilə məşhurlaşıb. O, karyerası ərzində “Руки Вверх!”, HammAli & Navai, Emin, Oleq Qazmanov, Ciqan və digər tanınmış ifaçılarla əməkdaşlıq edib.
Baxış sayı:125
Bu xəbər 22 Noyabr 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















