O da milyarder oldu
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Hollivud ulduzu Eşton Katçer milyarderlər sırasına daxil olub.
Axşam.az xəbər verir ki, aktyorun sərvətini artıran əsas amil süni intellekt şirkəti “Anthropic”ə yatırdığı investisiyadır. “Fortune” nəşrinin məlumatına görə, aktyorun şirkətdəki payının dəyəri 7 milyard dollara çatıb.
Bildirilir ki, Eşton Katçer şirkətə 435 milyon dollar investisiya yatıraraq onun təxminən 0,5 faiz səhmini əldə edib. “Claude” adlı süni intellekt köməkçisini hazırlayan şirkətin bazar dəyərinin 1,4 trilyon dollar olaraq qiymətləndirilməsi halında aktyorun payının 7 milyard dollar edəcəyi qeyd olunur.
Qeyd edək ki, son aylarda aktyor şəxsi həyatı ilə də gündəmə gəlib. Avqustda o, həyat yoldaşı Mila Kunis və 11 yaşlı qızı Uayettlə Beverli-Hillzdə gəzərkən görüntülənib. Ailə ictimaiyyət qarşısına birlikdə nadir hallarda çıxır.
Bundan əvvəl cütlüyün münasibətlərində gərginlik yaşandığı barədə iddialar yayılıb. Buna səbəb kimi aktyorun iş qrafiki və maliyyə planları göstərilib.
Eşton Katçerin adı reper P. Diddinin qalmaqallı məclisləri ilə bağlı da hallanıb. Buna səbəb aktyorun reperin təşkil etdiyi “ağ məclislər”dən birində çəkilmiş fotolarının yayılması olub. Lakin bu görüntülər onun hər hansı qanunsuz fəaliyyətdə iştirak etdiyini sübut etmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 22 Noyabr 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















