Icma.az
close
up
RU
Azərbaycanlı sənətçi Rusiyada keçirilən müsabiqədə 1ci yerə layiq görüldü VİDEO/FOTO

Azərbaycanlı sənətçi Rusiyada keçirilən müsabiqədə 1ci yerə layiq görüldü VİDEO/FOTO

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər il olduğu kimi, bu il də Rusiyanın Yaroslavl şəhərində “Novaya Pesnya” adlı milli müsabiqə təşkil olunub.

Manset.az xəbər verir ki, Azərbaycanı müsabiqədə həmyerlimiz, vətənpərvər, rok, şanson mahnıların ifaçısı və müəllifi Rəşad İsmayıl təmsil edib.

Ötən il Rəşad İsmayılın  “Provinsialka" adlı bəstəsi "Novaya Pesnya” radiosunun rotasiyasına daxil edilmişdi. Mahnı həm Yaroslavlda, həm də Rusiyanın digər bölgələrində məşhurlaşaraq ən yaxşı iyirmi bəstəyə daxil olunub.

Bundan sonra azərbaycanlı sənətçi Yaroslavlda qala-konsertə dəvət alıb. Rəşad İsmayılın ifasında “Devçonka Volnaya” adlı mahnı ən çox səs toplayan mahnılar siyahısına daxil edilib.

Daha sonra sənətçi “Rus dilində ifa edən ən yaxşı xarici bəstəkar” nominasiyasında birinci yeri tutub.  Onun “Devçonka Volnaya” mahnısı isə "Şanson" kateqoriyasında ikinci yeri qazanıb.

Müğənninin özü isə "İkinci dərəcəli laureat" adına layiq görülüb.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərinin məşhur siması Anastasiya Bubnova müsabiqədən bir ay öncə Rəşad İsmayıla onunla duet oxumağı təklif etmişdi.

Konsert günü onlar gözlənilmədən səhnəyə çıxaraq Anastasiya Bubnovanın müəllifi olduğu “Veter Brodyaqa” mahnısını ifa ediblər.

Bu ifa tamaşaçılar tərəfindən çox sevilib. Onlar "bir daha" qışqıraraq mahnının yenidən səslənməsini istəyiblər. 

Yekunda bütün laureatlar “ Novaya Pesnya” müsabiqəsinin himnini ifa etmək üçün səhnəyə dəvət olunub. Eyni zamanda bütün region dövlətlərin bayraqları və onlarla bərabər Azərbaycan bayrağı səhnədə dalğalanıb. 

Rəşad İsmayıl qələbəsini bu sözlərlə ifadə edib:

"Bayrağımızı ölkədən kənarda dalğalandırmaq mənim üçün çox şərəfli və məsuliyyətli hissdir. Bu qələbə 8 noyabr - Zəfər Günü ölkəm üçün qazandığım qələbədir!”

Bu gönderiyi Instagram'da gör

Рашад Исмаил (@rashadismailofficial)'in paylaştığı bir gönderi

 

Bu gönderiyi Instagram'da gör

Рашад Исмаил (@rashadismailofficial)'in paylaştığı bir gönderi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 10 Noyabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri