Azərbaycanlı sürücünün TIR ı qəzaya düşdü, yaralılar var
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyada azərbaycanlı sürücünün iştirakı ilə qəza olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ryazan vilayətinin Skopin rayonunda, “Kaspi” avtomobil yolunun 255-ci kilometrində baş verib.
59 yaşlı sürücü yarımqoşqulu “MAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən həmyaşıdı olan sürücünün “Lada Largus” markalı avtomobilinə çırpılıb. Zərbədən sonra “Lada” qoşqulu “Renault Premium” yük avtomobilinə dəyib. Həmin nəqliyyat vasitəsini Azərbaycan Respublikasının 35 yaşlı vətəndaşı idarə edirmiş.
Qəza nəticəsində “Lada”nın 20 və 56 yaşlı sərnişinləri xəsarət alıblar. Onlara tibbi yardım göstərilib.
Baxış sayı:174
Bu xəbər 26 Fevral 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















