Icma.az
close
up
RU
Azərbaycanlı xərçənglə bağlı tədqiqatına görə 200 min dollar qazandı

Azərbaycanlı xərçənglə bağlı tədqiqatına görə 200 min dollar qazandı

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Avropa Liseyinin 2009-cu il məzunu Dayaq Şeyxkərimli 2025-ci il üzrə kimyaterapiya preparatlarını birbaşa xərçəng hüceyrələrinə çatdırmaq üçün istifadə oluna biləcək yenilikçi və perspektivli tədqiqatlarına görə “NRC HL Holmes” mükafatına layiq görülüb.

“Qafqazinfo” xəbər verir ki, iki ildən bir verilən 200 000 ABŞ dolları məbləğində olan mükafat doktor D.Şeyxkərimliyə iki il ərzində insan viruslarının xarici təbəqələrini əhatə edən bütün mövcud zülalların toxuma spesifikliyini xəritələndirmək və onların orqanizmdəki yerini izləmək üçün işlərini davam etdirməyə imkan verəcək.

D. Şeyxkərimli “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində  2010-2014-cü illərdə Toronto Universitetində molekulyar genetika və biotexnologiya ixtisasları üzrə bakalavr və maqistr dərəcəsi alıb. “Sony Tədqiqat Mükafatı”, MITACS təqaüdü kimi mükafatlar və Osakadakı İnsan Metavers Təbabəti Əsaslı Tədqiqat İnstitutunda (PRIMe) beyin əlaqələrinin xəritələndirilməsi üçün genetik ştrix-kodların işlənib hazırlanması üzrə təqaüd də daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb. 

Dayaq Şeyxkərimli bu tədqiqatı Britaniya Kolumbiyası Universitetinin Biotibbi Mühəndislik Məktəbində (SBME) aparacaq. O, 2024-cü ilin aprel ayından etibarən həmin məktəbdə doktorantura sonrası (“post-doc”) elmi işçi kimi SBME professoru və Sintetik Biologiya üzrə Kanada Tədqiqatları kafedrasının rəhbəri doktor Nozomu Yachinin laboratoriyasında çalışır.

Şeyxkərimli molekulyar genetika üzrə doktorluq dissertasiyasını doktor Frederik Rothun rəhbərliyi altında müdafiə edib. Dissertasiya müddətində o, virus və insan zülalları arasında da daxil olmaqla, milyonlarla cüt zülalın qarşılıqlı təsirlərini xəritələndirmək üçün texnologiya hazırlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Fevral 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri