Azərbaycanlıları öldürmək, həbs etmək tapşırığı yuxarı mərtəbədən gəlib Diplomat
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Rusiyanın güc strukturlarının nümayəndələrinin Azərbaycana qarşı etdikləri bu hərəkətlər birmənalı olaraq vəhşilikdir. Yəni, birdən-birə 2 nəfəri öldürüb, 50 nəfəri həbs etmək onların icraçı olduqlarının göstəricisidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında diplomat Fikrət Sadıxov Rusiyanın Yekaterinburq şəhərində FTX əməkdaşları tərəfindən azərbaycanlılara qarşı törədilən qətl və zorakılıqlardan danışarkən bildirdi.
"Belə bir tapşırıq onlara yuxarı mərtəbədən gəlir. Mən əminəm ki, bu tapşırıqlar çərçivəsində hətta həbsetmə üslubları da onlara tapşırılıb. Aydın məsələdir ki, beynəlxalq münasibətlər sistemində Azərbaycan müstəqil siyasi kurs aparır. Bu da ola bilsin ki, Rusiyanı qıcıqlandırır. Çünki biz heç kimə tabe olmuruq, müstəqil bir siyasət yürüdürük. Biz eyni zamanda Rusiyanın tutduğu mövqedən uzağıq. Bizim mövqeyimiz onlarla üst-üstə düşmür. Bu məsələ onları çox qıcıqlandırır", - deyə politoloq qeyd etdi.
Xədicə BAXIŞLI


