Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Azərbaycanlıların kökünü kəsmək lazımdır deyən Xaçaturyanı niyə verdik? SƏBƏB

Azərbaycanlıların kökünü kəsmək lazımdır deyən Xaçaturyanı niyə verdik? SƏBƏB

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Yanvar ayının 14-də Bakıda həbsdə olan Vaqif Xaçatryan və digər üç erməni Azərbaycan tərəfindən Ermənistan Respublikasının müvafiq qurumlarının nümayəndələrinə təhvil verilib. 

Təhvil-təslim prosesi elə Vaqif Xaçatryanın 2023-cü ilin yayında saxlanıldığı Həkəri çayı üzərindəki körpüdə həyata keçirilib. 

Bu addım rəsmi Bakının humanist davranışı və sülh prosesinə töhfəsi kimi qiymətləndirilir. Lakin Xocalıda qətliam törətmiş bir şəxsin cəzadan azad edilməsi azərbaycanlıların, xüsusilə də Xocalıda işgəncə görənlərin və öldürülənlərin ailə üzvlərinin kəskin reaksiyasına səbəb olub. 

Onu da unutmamaq lazımdır ki, Azərbaycan ordusu "qisas əməliyyatı"nı döyüş meydanında başa çatdırıb. Yəni biz Xocalının qisasını çoxdan almışıq. 

Səbəb axtarırıqsa, bunu sözügedən 4 erməninin azad olunması üçün bir səbəb kimi göstərə bilərik. Ona görə də ölkə daxilindəki separatçı rejimin keçmiş siyasi-hərbi rəhbərliyindən başqa, istənilən erməni Bakının uyğun gördüyü zamanda qarşı tərəfə təhvil verilə bilər. Çünki insan faciəsini - ailə üzvlərinin öldürülməsini, hətta özünün işgəncələr gördünüyü zamanla unudur, dövlət isə öz ərazisində ikinci bir "respublika" yaradılması cəhdlərini heç vaxt unutmayacaq! 

Xaçaturyan Vaqif Çerkezoviç kimdir? 

Vaqif Xaçaturyan 1955-ci ildə Əsgəran rayonunun Badara kəndində anadan olub. O, 1973-cü ildə üç aylıq hərbi avtomobil məktəbini bitirib. 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub, sonra isə Xankəndi şəhərində aqrar-sənaye idarəsində sürücü işləməyə başlayıb. 1992-ci ilin sentyabr ayında Robert Köçəryan Qarabağ Komitəsinin rəhbəri olduqdan sonra, 50-55 yaşına qədər ermənilərin özünümüdafiə adı altında Stepanakert (indiki Xankəndi şəhəri - red.) şəhər hərbi komissarlığından səfərbərliklə xidmətə çağırılıb.

Daha sonra isə hərbi komissarlığın hərbçiləri tərəfindən Əsgəran rayonunun Noragüh kəndinə aparılıb.

Orada onlara 5-10 gün müddətində silahdan istifadə, hədəfə atəş açmaq və digər təlim məşqləri keçirilib. Təlimdən sonra isə 1992-ci ilin sentyabr ayının ortalarında Vaqif Xaçaturyanın olduğu qrup Fərrux dağının yüksəkliyinə aparılıb. Oradakı postda xidmətdə olub.

Özünün də etirafına görə, o, Bakıya gətirildikdən sonra yox, elə 1992-ci ildəki xidmət yeri olan Fərrux dağında ağır xəstələnib. Belə ki, Xaçaturyan postda xidmət aparan zaman böyrəkləri və bağırsaqları soyuqladığına görə, 1992-ci ilin oktyabr ayının əvvəllərində indiki Xankəndi şəhər xəstəxanasına aparılıb və orada təxminən 20 gün müalicə olunub. Sonra xəstəliyi ilə bağlı xidmətdən tərxis olunub. Mülki şəxs kimi arxa təminat xidmətində, Əsgəran rayonunun Noragüh kəndində yerləşən ərzaq anbarında fəhlə kimi işləməyə başlayıb.

1994-cü ilin iyun ayında müharibə, real mənada isə işğal prosesi bitdikdən sonra Vaqif Xaçaturyan həmin işdən çıxıb və Badara kəndində təsərrüfatçılıqla məşğul olmağa başlayıb. 

Yəni onun həbs edilməsi fonunda xəstələnməsi ilə bağlı erməni tərəfinin yaratdığı səs-küylər reallıqdan uzaqdır. Bakıda xəstəxanaya yerləşdirilməsi isə Xaçaturyanın yaşı ilə əlaqədardır. Onu hələ Birinci Qarabağ Müharibəsinin gedişatında Fərrux dağının soyuğu tutub...

Bəs Vaqif Xaçaturyan hansı cinayətlərinə görə saxlanılmışdı?

Müharibədə əlində silah belə olmadığını deyən Xaçaturyan, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində sözün əsl mənasında soyqırımı törədib. 

Birinci Qarabağ müharibəsində iştirak etmiş Təmraz Məmmədov hələ məhkəmədə Xaçatryana yaxınlaşaraq "Vaqif, tanıdın məni, evə “limonka” atmışdın", - demişdi. 

Zərərçəkmiş Naidə Mehralıyeva mərhum atasının təqsirləndirilən şəxsi yaxşı tanıdığını deyib: "Yoldaşım döyüşlərdə idi. Özüm hamilə idim və 1 yaşlı uşağım da vardı. Ermənilər hücuma keçəndə meşəyə qaçdım və 4 gün orada qaldıq. Övladımı da meşədə itirdim".

Məhkəmədə zərərçəkmiş Məhəmməd Kazımov bildirib ki, Xaçaturyan milliyyətçi olması və türklərə nifrət etməsi ilə tanınıb: ""Qaron" adlı restoranın qarşısında 20 nəfərə yaxın erməni ilə mübahisə etdiyimizə görə Xankəndi Şəhər Polis İdarəsinə aparıldıq. Xankəndi avtobazasında sürücü işləmiş Xaçaturyan tanımadığım 5 nəfər mülki geyimli şəxslə otağa daxil olub bizi döyməyə başladılar. Vaqif bizi döyən zaman "siz azərbaycanlıların kökünü kəsmək lazımdır" ifadəsini tez tez işlədirdi".

Beləliklə, Vaqif Xaçatryanın üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıb.

Sonda isə o, Azərbaycan xalqından üzr istəmişdi. 

Xocalı qatili niyə təhvil verildi? 

Yuxarıda qeyd etdiyim kimi, Xocalının qisası alınıb. Məhkəmədə göz yaşları tökən 70 yaşlı erməninin Bakıda qalmasına ehtiyac yoxdur. 

İkinci bir məqam ondan ibarətdir ki, onsuz da ölüm ayağında olan Xaçaturyanın Bakıda ölümü diqqəti üzərimizə çəkmək demək olardı. "Ermənistanda olduğum müddətcə yaxşıyam" deyən Vaqif, elə Ermənistanda ölsə yaxşıdır. 

Üçüncüsü isə bir qədər siyasi məsələdir. Ermənistanda yaxınlaşan seçkilər fonunda Baş nazir Nikol Paşinyanın mövqeyi gücləndirilməlidir. Bakı da Paşinyanın İrəvanda yeganə normal düşüncədə olan siyasətçi olduğunu anlayır. Bu məqamda 4 erməninin təhvil verilməsi məsələsini məhz Paşinyanın açıqlaması təsadüfi deyildi.

Prinsip etibarı ilə Azərbaycan qisasını alıb, günahkarların cəzasını hüquqi çərçivədə kəsib, həmçinin öz sülhməramlı mövqeyini dünyaya nümayiş etdirib. Xaçaturyan isə hər nə olursa olsun, meşədə donaraq ölən 1 yaşlı günahsız uşağın hesabını məhşərə qədər verə bilməyəcək!

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Yanvar 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see258

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see236

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see230

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see197

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see154

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see152

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see142

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see139

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri