Icma.az
close
up
RU
Su çatışmazlığı təhlükəsi: bundan necə sığortalanmaq olar?!

Su çatışmazlığı təhlükəsi: bundan necə sığortalanmaq olar?!

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Su qıtlığı ilə bağlı çox danışılır. Ölkələrin milli təhlükəsizliyinin əsas parametrlərindən biri də su təhlükəsizliyidir. Bunu xüsusi izah etməyə ehtiyac yoxdur. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın su ehtiyatlarının tam əksəriyyəti (təqribən 75 faizi) başqa ölkələrdəki mənbələrdən formalaşır.

Bu, çoxdankı və çox ciddi problemdir. Üstəlik bu ehtiyatların 40-45 faizi itkiyə gedir. Elə buna görə ölkə Prezidenti İlham Əliyev su təhlükəsizliyinə fövqəladə diqqət verir.

Heç də təsadüfi deyil ki, 2026-2035-ci illəri əhatə edən xüsusi bir dövlət proqramı qəbul edilib. Bu proqram Bakı şəhərində, Abşeron yarımadasında əhalinin və təsərrüfat sahələrinin su ilə təzhizatı, eləcə də, tullantı suları və yağış suları sistemlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Dövlət başçısı bununla bağlı xüsusi müşavirə keçirib.

Müşavirədə Prezidentin çıxışındakı şərhlərdən aydın olur ki, əhalinin içməli su ilə fasiləsiz təchizatı hələ tam reallaşdırılmayıb. Bu, indi 70 faizdir, amma proqramın tam icrası nəticəsində həmin rəqəm

95 faizə qaldırılacaq. Burda hələ görülməli işlər çoxdur.

Deməli, hökumət bir yandan su ehtiyatlarını artırmaqla məşğuldur, o biri tərədən isə, itkiləri azaltma ğa çalışacaq. Sözügedən proqram məhz buna yönəlib.

Prezident müşavirədəki çıxışında bildirib ki, ölkədə su israfçılığı hələ də vsr; itki su ehtiyatlarının az qala yarısını (40-45 faiz) əhatə edir. Hələ də kanalizasiya sistemlərində çatışmazlıqlar var; ölkəni, əhalini yam əhatə etməyib. Su ehtiyatlarının toplanması üçün ölkədə çox sayda su anbarı tikilsə də, bu, kifayət etmir. Əlavə olaraq çoxlu su anbarı tikilməlodir və tikiləcək. Onların sayı 30-a çatır. Yağış sularının toplanması, Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi, dənizin öz suyunun təmizlənərək içməli su ehtiyatlarına cəlb edilməsi və sair xeyli mühüm işlər nəzərdə tutulur.

Məlumdur ki, 2020-ci ilə qədər Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı birləşmələrinin işğalı altında idi. Ancaq Azərbaycan ordusu bu əraziləri azad edib. Həmin ərazilərdə Azərbaycanın içməli su və suvarma suyu ehtiyatlarının böyük hissəsi cəmləşib. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin azad edilməsi ölkənin strateji su ehtiyatlarının çoxalmasına səbəb olub. Odur ki, bu bölglərdə köhnə su anbarları bərpa olunur, yeniləri inşa edilir.

Zəruri xatırlatma: su problemi milli təhlükəsizliyin əsas komponentlərindən birinə çevrilib. Dünyanın yenilənən şirin su ehtiyatının 35 faizi beş ölkənin - Braziliya, Rusiya, Kanada, ABŞ və Çinin, qalanı isə 190 ölkənin payına düşüb. Beləliklə, dünyanın su ehtiyatlarının bərabər bölünmədiyi bir Planetdə yaşayırıq. Bu da istər ayrı-ayrı ölkələrin öz daxilində istətsə də, dövlətlər arasında zaman-zaman böhranlı vəziyyətlərə, gərginliklərə, hətta açıq və qaynsr münaqişələrə səbəb olur. Son 30 ildə baş vermiş insidentlər onu göstərir ki, su ehtiyatlarına nəzarət üstündə genişmiqyaslı müharibələr olmasa da, gərginliklər və toqquşnalar olub. Məsələn, Nil çayı üstündə Efiopiya, Misir və Sudan arasında, İndus sisteminə görə Hindistanla Pakistan arasında, Qanq çayına görə Hindistanla Banqladeş arasında, Amudərya, Sırdərya çaylarına görə Mərkəzi Asiya dövlətləri arasında belə münaqişəli vəziyyətlər yaranıb. Ötən il ABŞ və Meksika arasında da belə mübahisələr oldu. İranla Əfqanıstan isə transsərhəd çayı üstündə qısamüddətli də olsa, silahlı münaqişə yaşadılar.

Bu faktlar dünyada su çatışmazlığının necə ciddi, mürəkkəb problemə çevrildiyini göstərir. Bu, dediyim kimi, ayrı-ayrı ölkələrin daxilində də sabitliyi təhdid edən faktorlara çevrilir. Buna misal olaraq İranda kütləvi etirazları, iğtişaşları da göstərə bilərik. Baş verənlərin əsas səbəblərindən biri də su qıtlığının yaratdığı daxili gərginlikdir. Məlum olduğu kimi, İranda su ehtiyatlarının çoxu (təxminən 90 faizi) kənd təsərrüfatının ehtiyaclarına sərf olunur. Halbuki bu sektor ÜDM-in təqribən 10-12 faizini, əmək bazarının isə 15-17 faizini formalaşdırır. Bu da çox ciddi miqyasda israfçılığa və narazılığa səbəb olur.

Bir qədər əvvəl dünyadakı su münaqişələrinə toxunduq. İranla Azərbaycan arasında da Araz çayındalı su ehtiyatlarının bölgüsü üzərindən qonşu dövlətin hakimiyyətindəki bəzi qüvvələr bu iki ölkəni toqquşdurmağa çalışdılar. Ancaq Azərbaycanın çevik və peşəkar dipıomatik səyləri nəticəsində belə bir münaqişə ehtimalı aradan qaldırıldı, Araz çayı ilə bağlı qarşıdurma deyil, tərəfdaşlıq niyyəti qalib gəldi.

Azərbaycan, bəli, su çatışmazlığı baxımından risk zonasında olan ölkədir. O, şirin su ehtiyatlarının həcminə görə dünyada təqribən 140-cı sırada yer tutur. Adambaşınadüşən su ehtiyatına görə Azərbayanın göstəriciləri ortadan aşağı qiymətləndirilir. Ölkəmizin yenilənən şirin su ehtiyatlarının 70 faizindən çoxu, artıq dediyim kimi, öz sərhədlərindən kənardakı (Türkiyədəki, Gürcüstandakı, Ermənistandakı, İrandakı) mənbələrdən formalaşır. Eyni zamanda son illər azalsada, israfçılıq yenə qalır.

Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev bu məsələni xüsusi nəzarətdə saxlayır, böyük diqqət ayırır. Son müşavirədə icrası ilə bağlı müzakirə aparılan dövlət proqramı, daha əvvəl qəbul olunmuş xüsusi strategiya, imzalanmış sərəncamlar onu sübut edir ki, Prezident ölkəni su qıtlığından qorumaq üçün əlindən gələn hər şeyi edir, bu problemin həlli üzərində müntəzəm işləyir. Mən deməyəcəm, yorulmadan işləyir. Bu cür gərgin işlər, əlbəttə, kimi istəsən yorar. Odur ki, dövlət rəhbəri yorulsa da, işləməkdə davam edir

Prezidentin son müşavirədə verdiyi tapşırıqlar,qoyduğu vəzifələr də məhz su mənbələrinin, su ehtiyatlarının qorunması və artırılması, gərəkli infrastrukturun qurulması, su itkisinin azaldılması və aradan qaldırılması məqsədi daşıyır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Yanvar 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri