Azercell dən elektrik vurmuş şəxslə bağlı açıqlama
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir sıra mediada yayılan "Azercell" əməkdaşını iş başında elektrik cərəyanı vurdu" başlıqlı xəbərlə bağlı bildiririk ki, həmin məlumat gerçək vəziyyəti tam əks etdirmir.
Axar.az şirkətə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şəxs "Azercell Telekom" MMC-nin deyil, şirkətə xidmət göstərən podratçı təşkilatın əməkdaşıdır.
"Azercell" hadisə baş verdiyi andan məsələni diqqət mərkəzinə alıb, aidiyyəti qurumlarla birgə araşdırmaların aparılması və xəsarət alan şəxsin vəziyyəti ilə bağlı dəstəyin göstərilməsi istiqamətində zəruri tədbirlər görüb.
Qeyd olunur ki, şirkət insan təhlükəsizliyini hər zaman əsas prioritet hesab edir və əmək, eləcə də texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına xüsusi diqqət yetirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 24 Oktyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















