Icma.az
close
up
RU
Azercellin dəstəyi ilə keçirilən 15ci Davamlı İnnovasiya Forumu uğurla başa çatdı

Azercellin dəstəyi ilə keçirilən 15ci Davamlı İnnovasiya Forumu uğurla başa çatdı

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

13-14 noyabr tarixlərində Bakıda "Azercell Telekom" MMC-nin dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla yekunlaşdı. İqlim dəyişikliklərinə həsr olunmuş qlobal tədbirlərin önəmli bir hissəsi olan bu forum biznes, maliyyə, dövlət qurumları və qeyri-hökumət təşkilatlarından 1000-ə yaxın sahə liderini bir araya gətirməyə müvəffəq oldu. Forum iqlim problemlərinin həlli, davamlı inkişaf təşəbbüsləri və innovativ həllərin müzakirəsi üçün effektiv platforma rolunu oynadı. 

"Unikal" xəbər verir ki, forumun əsas sessiyalarının birində Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva iştirak etdi. Davamlı İnnovasiya Forumunun sədri Nik Qovinqin moderatorluğu ilə keçirilən sessiyada Ş. Əliyeva Azercell-in ESG strategiyası haqqında danışaraq şirkətin davamlı inkişaf sahəsindəki məqsəd və nailiyyətlərini vurğuladı. Şirin Əliyeva Azercell-in bərpa olunan enerji mənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələri barədə məlumat verdi.

Ş. Əliyeva Azercell-in 2017-ci ildən iqlim dəyişikliyinə dair tədbirlər gördüyünü və  ölkə ərazində yaşıl texnologiyaların tətbiqinə başladığını bildirdi. Təkcə Qarabağda lider mobil operatorun 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyi və onların enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılandığı qeyd edildi.  Eyni zamanda, Şirin xanım baza stansiyalarının enerji istehlakını optimallaşdıran proqram təminatı vasitəsilə resurslardan səmərəli istifadənin təmin edildiyini də vurğuladı. 

Şirkətin qlobal iqlim təşəbbüslərində, o cümlədən BMT-nin Qlobal Sazişi və GSMA-nın İqlim Fəaliyyəti üzrə İşçi Qrupunda fəal iştirakı da qeyd olundu. Bildirildi ki, bununla Azercell digər bazar iştirakçılarını da ətraf mühitə dair öhdəliklərini artırmağa təşviq edir.

Azercell-in sosial məsuliyyət təşəbbüslərinə də xüsusi diqqət yetirildi. Şirkətin yaşıl ofis siyasəti və tullantıların idarə edilməsi təşəbbüsləri vurğulandı, 2022-2023-cü illər arasında şirkətin su istehlakını 27% azaltmağa nail olduğu bildirildi. Bundan əlavə, Azercell-in qadın və uşaqların müdafiəsi, onların cəmiyyətə inteqrasiyasını dəstəkləməyə yönəlmiş təşəbbüsləri gündəmə gətirildi. Bu çərçivədə “Qadın Qaynar Xətti” və “Uşaq Qaynar Xətti” kimi sosial əhəmiyyətli proqramlar və Cüdo Federasiyası ilə tərəfdaşlıq layihələri haqqında məlumat verildi.

Forumda dinamik panel müzakirələri, interaktiv dialoqlar, əsas çıxışlar, eləcə də  qlobal iqlim və sənaye liderləri ilə canlı mübadilələr yer aldı. Tədbir iştirakçıları təbiətə müsbət təsir edən, karbonsuz iqtisadiyyata keçidi sürətləndirəcək strategiyaları paylaşdılar.

Azercell-in forumda fəal iştirakı şirkətin innovasiya və texnologiyalar vasitəsilə qlobal iqlim fəaliyyətinə təkan verməyə sadiq olduğunu bir daha nümayiş etdirdi. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri