Icma.az
close
up
RU
“Azəriqaz” əvvəl mexaniki, indi də ağıllı sayğac quraşdırmaq qərarına gəlib 2 ildə nə dəyişdi?

“Azəriqaz” əvvəl mexaniki, indi də ağıllı sayğac quraşdırmaq qərarına gəlib 2 ildə nə dəyişdi?

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 
Ötən həftə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və BƏƏ-nin “Esyasoft Holding LTD” şirkəti arasında ağıllı qaz şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Yayılan məlumatda bildirilir ki, layihə, 2,5 milyon ağıllı sayğacın quraşdırılması və sistemə dəstək mərhələləri nəzərə alınmaqla təxminən 14 illik dövrü əhatə edəcək. Bu dövr ərzində 480 milyon dollar sərmayənin yatırılması nəzərdə tutulur. 
Qeyd edilib ki, müqaviləni SOCAR prezidenti Rövşən Nəcəf, “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov və “Esyasoft Holding LTD”nin baş icraçı direktoru Bipin Çandra imzalayıblar.
Məlumat üçün bildirək ki, 20 oktyabr 2023-cü il tarixində “Azəriqaz” İB ilə "Gəncə Cihazqayırma Zavodu" ASC arasında da müqavilə imzalanıb. Ötən həftə BƏƏ şirkətiylə imzalanan müqavilədən fərqli olaraq 2023-cü ildə imzalanan müqavilənin nəticəsində istifadədə olan Alamaniya istehsalı ağıllı sayğaclar yerli istehsal olan mexaniki sayğaclarla əvəzləndi. 2 il əvvəl “Azəriqaz”dan verilən açıqlamada deyilirdi ki, Birliyin sayğaclara olan tələbatının yerli istehsalçı tərəfindən təmin edilməsi ilk növbədə idxaldan asılılığı azaldacaq, xarici valyutanın ölkədən kənara çıxmasının qarşısı alacaq. Daha sonra verilən məlumatlarda qeyd olunurdu ki, əldə olunan razılığa əsasən Gəncə Cihazqayırma Zavodu birinci il 200 min ədəd, növbəti illərdə isə 400 min ədəd sayğac istehsal edəcək.
Xatırladaq ki, müqavilə “Azəriqaz”ın sabiq baş direktoru Ruslan Əliyev və ASC-nin icraçı direktoru Ayət Bağırov tərəfindən imzalanıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, 2 il əvvəl “Azəriqaz” valyutanın ölkədən çıxışının qarşısını almaq üçün ağıllı sayğacları mexaniki sayğaclarla əvəz etmək qərarı verdiyi halda, bu dəfə yerli istehsal olan mexaniki sayğacları ağıllı sayğaclarla əvəz etmək qərarı verib. 
Onu da bildirək ki, “Gəncə Cihazqayırma Zavodu” ASC 30.03.2008-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 211 min 956 manat olan ASC “Gəncə şəhəri, Vəli Xuluflu, ev 1” ünvanında yerləşir. “Gəncə Cihazqayırma Zavodu” ASC -nin qanuni təmsilçisi Bağırov Ayət Cəlal oğludur.
Onu da bildirək ki, “Gəncə Cihazqayırma Zavodu” ASC ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”in paylı iştirakı ilə yaradılıb. 
Məsələ ilə bağlı SOCAR-ın və “Azəriqaz”ın mətbuat xidmətlərinə sorğu ilə müraciət etsək də, suallarımıza cavab ala bilmədik.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 İyul 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri