Icma.az
close
up
RU
Azəriqaz metan emissiyasının azaldılması layihələrini Yaponiya ilə birgə tədqiq edəcək

Azəriqaz metan emissiyasının azaldılması layihələrini Yaponiya ilə birgə tədqiq edəcək

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və Yaponiyanın “Mitsui & Co., Ltd.” şirkəti arasında metan emissiyasının azaldılması layihələrinin birgə tədqiq edilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Newscenter.az xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “Mitsui & Co., Ltd.”nin Enerji Həlləri Biznes Bölməsinin Əməliyyatlar üzrə baş əməliyyat direktoru Yasuhiro Uçidanın iştirakı ilə keçirilən tədbirdə Memorandumu “Azəriqaz”ın baş direktoru Azər Məmmədov və “Mitsui & Co., Ltd.”nin Karbon Həlləri Biznes Bölməsinin Baş Direktoru Kosuke Xattori imzalayıblar.
Sənəd “Azəriqaz”ın Azərbaycan ərazisində idarə etdiyi qaz kəmərlərində qaz sızmalarının qarşısının alınmasını, həmçinin Birgə Kreditləşdirmə Mexanizminin (JCM) və ya digər karbon kredit mexanizmlərinin tətbiqini nəzərdə tutur. Tədqiqat gələcəkdə daha geniş tətbiq potensialı ilə Zirə qəsəbəsində başlanacaq.
Bu da hər iki şirkətin karbon emissiyalarını azaltmaqla iqlim dəyişikliyi ilə bağlı öhdəliyinə sadiqliyini nümayiş etdirir.
“Azəriqaz”ın baş direktoru Azər Məmmədov bildirib ki, bu əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizəyə və karbon qazı emissiyalarının, xüsusən də metanın azaldılmasına töhfə verəcək, şirkətlər JCM və ya digər karbon kredit mexanizmləri çərçivəsində metan emissiyalarının azaldılması layihələrinin hazırlanmasına, tətbiqinə və izlənməsinə üstünlük verəcəklər. “Mitsui” ilə əməkdaşlıq Azərbaycanın qaz infrastrukturunun dayanıqlığına və təhlükəsizliyinə töhfə verəcək.
“Mitsui & Co., Ltd.”nin Karbon həlləri biznes bölməsinin baş direktoru Kosuke Xattori isə bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyinə töhfə vermək məqsədilə “Azəriqaz”la yaxından işləməyi səbirsizliklə gözləyirik.
Xatırladaq ki, “Mitsui & Co., Ltd.” 60-dan çox ölkədə fəaliyyət göstərən və geniş bir sahə üzrə biznes portfelinə sahib olan qlobal ticarət və investisiya şirkətidir. Şirkət dünya miqyasında tanınmış şirkətlərlə qurduğu etibarlı tərəfdaşlıq əlaqələri ilə bizneslərini müəyyən edir, inkişaf etdirir və böyüdür. Coğrafi və sahələrarası güclərini birləşdirərək uzunmüddətli davamlı dəyər yaradır.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Noyabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri