Icma.az
close
up
RU
“Azəriqaz” Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

“Azəriqaz” Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və Yaponiyanın “Mitsui & Co., Ltd.” şirkəti arasında metan emissiyasının azaldılması layihələrinin birgə tədqiq edilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “Mitsui & Co., Ltd.”nin Enerji Həlləri Biznes Bölməsinin Əməliyyatlar üzrə baş əməliyyat direktoru Yasuhiro Uçidanın iştirakı ilə keçirilən tədbirdə Memorandumu “Azəriqaz”ın baş direktoru Azər Məmmədov və “Mitsui & Co., Ltd.”nin Karbon Həlləri Biznes Bölməsinin Baş Direktoru Kosuke Xattori imzalayıblar.

Sənəd “Azəriqaz”ın Azərbaycan ərazisində idarə etdiyi qaz kəmərlərində qaz sızmalarının qarşısının alınmasını, həmçinin Birgə Kreditləşdirmə Mexanizminin (JCM) və ya digər karbon kredit mexanizmlərinin tətbiqini nəzərdə tutur. Tədqiqat gələcəkdə daha geniş tətbiq potensialı ilə Zirə qəsəbəsində başlanacaq.

Bu da hər iki şirkətin karbon emissiyalarını azaltmaqla iqlim dəyişikliyi ilə bağlı öhdəliyinə sadiqliyini nümayiş etdirir.

“Azəriqaz”ın baş direktoru Azər Məmmədov bildirib ki, bu əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizəyə və karbon qazı emissiyalarının, xüsusən də metanın azaldılmasına töhfə verəcək, şirkətlər JCM və ya digər karbon kredit mexanizmləri çərçivəsində metan emissiyalarının azaldılması layihələrinin hazırlanmasına, tətbiqinə və izlənməsinə üstünlük verəcəklər. “Mitsui” ilə əməkdaşlıq Azərbaycanın qaz infrastrukturunun dayanıqlığına və təhlükəsizliyinə töhfə verəcək.

“Mitsui & Co., Ltd.”nin Karbon həlləri biznes bölməsinin baş direktoru Kosuke Xattori isə bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyinə töhfə vermək məqsədilə “Azəriqaz”la yaxından işləməyi səbirsizliklə gözləyirik.

Xatırladaq ki, “Mitsui & Co., Ltd.” 60-dan çox ölkədə fəaliyyət göstərən və geniş bir sahə üzrə biznes portfelinə sahib olan qlobal ticarət və investisiya şirkətidir. Şirkət dünya miqyasında tanınmış şirkətlərlə qurduğu etibarlı tərəfdaşlıq əlaqələri ilə bizneslərini müəyyən edir, inkişaf etdirir və böyüdür. Coğrafi və sahələrarası güclərini birləşdirərək uzunmüddətli davamlı dəyər yaradır.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri