Icma.az
close
up
RU
“Azəriqaz” xəstəxanadan 138 min manatdan çox əsassız borc tələb edir

“Azəriqaz” xəstəxanadan 138 min manatdan çox əsassız borc tələb edir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Azəriqaz” yenə də abunəçisinə külli miqdarda əsassız borc yazmaqda ittiham olunur. Bundan şikayətçi olan abonentlər arasında sadə vətəndaşlarla yanaşı, dövlət qurumları da var.

Bizimyol.info xəbər verir ki, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi (2 nömrəli kliniki xəstəxana) “Azəriqaz” İstehsalat Birliyindən şikayətçidir. Buna səbəb isə xəstəxanaya 138 min manatdan artıq borc yazılmasıdır.

Xəstəxananın şikayətində bildirilir ki, “Azəriqaz” əməkdaşları onlardan istifadə etmədikləri qaza görə bu qədər yüksək məbləğdə pul tələb edir.

“Həmişə qazdan istifadə ilə bağlı yaranmış borc vaxtlı-vaxtında ödənilib. Bu mövzuda “Azəriqaz”la aramızda heç vaxt mübahisə yaranmayıb. 2024-cü ilin iyun ayında “Azəriqaz” əməkdaşları üzləşmə aktı təqdim edərək, 138 min 128 manat 87 qəpik borc olduğunu bildiriblər. Halbuki, həmin dövrə qədər xəstəxanaya göndərilən hesab-faktura və ya “e-qaimə”lərdə belə borc barədə heç bir qeyd olmayıb. Bu səbəbdən də “Azəriqaz” əməkdaşlarının dediyi borcla razı olmamışıq, aktı imzalamaqdan imtina etmişik”.

Xətai Tibb Mərkəzinin nümayəndələri “Azəriqaz”a rəsmi məktubla müraciət edərək, onlardan tələb olunan 138 min manatdan yuxarı borcun yaranma mənbəyi barədə izah istəyiblər. Lakin məktuba cavab verilməyib.

Bundan sonra xəstəxana əsassız borcun silinməsi tələbilə “Azəriqaz”ı məhkəməyə verib.

“Azəriqaz”ın nümayəndəsi məhkəmədə bildirib ki, Xətai Tibb Mərkəzinin mübahisələndirdiyi borc 2002-2003-cü illərdən yaranıb, kompüter bazasında da çıxır. Lakin bu faktı təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməyib. Borcun necə yarandığını, 20 ildən çox müddətdə niyə tələb olunmadığını, keçən illər ərzində borc barədə sənədləşmə aparılmamasının səbəbini əsaslandırmayıb.

Bakı Kommersiya Məhkəməsi xəstəxananın şikayətini haqlı sayaraq, 138 min 128 manat borcun silinməsi barədə qərar çıxarıb.

“Bu xəstəxana uzun illərdir fəaliyyət göstərir, daim “Azəriqaz”dan təbii qaz alır. Bu müddət ərzində bir neçə dəfə xəstəxananın sayğacı dəyişilib, tərəflər arasında müqavilələr bağlanıb. Mübahisələndirilən borcun keçən müddət ərzində heç zaman tələb olunmadan, rəsmi sənədləşdirmə aparılmadan birdən-birə tələb edilməsi sual doğurur ki, nə üçün bu borc indiyə qədər tələb olunmayıb? Sayğaclar dəyişdiriləndə balansında göstərilməyib, hesab-fakturalarda qeyd olunmayıb”, - deyə məhkəmə qərarında yazıb.

“Azəriqaz” borcun silinməsi barədə qərardan apellyasiya məhkəməsinə, daha sonra Ali Məhkəməyə şikayət edib. Lakin qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri