Icma.az
close
up
RU
“Azərkosmos” Afrika Texnologiya Festivalında 10 illik fəaliyyətini qeyd edir

“Azərkosmos” Afrika Texnologiya Festivalında 10 illik fəaliyyətini qeyd edir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 noyabr, AZƏRTAC

“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” bu il Afrikada 10 illik fəaliyyətini qeyd edib. Şirkət, həmçinin qitənin ən nüfuzlu texnologiya tədbiri olan “Africa Tech Festival 2025” sərgisində iştirak edib.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, Cənubi Afrikanın Keyptaun şəhərində keçirilən festivalda 15 mindən çox texnologiya lideri, innovator və siyasətçi iştirak edib. “Azərkosmos” sərgi zamanı “Azconnexus” məhsulunu təqdim edərək diqqət mərkəzində olub.

Bu genişzolaqlı peyk rabitə həlli regionda sürətli və təhlükəsiz rabitəyə artan tələbatı ödəmək üçün nəzərdə tutulub. İstər ucqar kəndlərdə, istərsə də hərəkətdə olan nəqliyyat vasitələrində “Azconnexus” fasiləsiz və dayanıqlı rabitə təmin edir.

Ziyarətçilər “Azconnexus”un biznes, dövlət və ictimai sektor üçün real imkanlar yaratdığını və istifadəçiləri rəqəmsal iqtisadiyyatda inkişaf üçün zəruri vasitələrlə təmin etdiyini əyani şəkildə izləyiblər.

Artıq 10 ildir ki, “Azərkosmos” ucqar bölgələrdə bu rabitəni mümkün edərək Afrikanın rəqəmsal transformasiyasına töhfə verir. Ucqar kəndlərdə səhiyyə və təhsil xidmətlərindən tutmuş, biznes və dövlət qurumlarınadək “Azərkosmos”un peyk xidmətləri bir çox təşkilatları əlaqələndirib, inkişaf və innovasiya imkanlarını genişləndirib.

Festival çərçivəsində Azərkosmos müştərilər üçün xüsusi tədbir də təşkil edib. Bu tədbir “Azərkosmos”un Afrika regionundakı tərəfdaşları və əsas müştəriləri ilə görüşmək, əməkdaşlığı möhkəmləndirmək və gələcək planlar barədə fikir mübadiləsi aparmaq üçün imkan yaradıb.

Tədbir zamanı iştirakçılara “Azərkosmos”un yeni nəsil peyk rabitə xidmətlərinin imkanları barədə ətraflı məlumat verilib. Müxtəlif sahələr üzrə müştərilər bu xidmətlərin tətbiq sahələri ilə yaxından tanış olub və real ssenarilər üzərində onların effektivliyini müzakirə ediblər.

“Afrikada 10 illik fəaliyyətimizi qeyd etmək bizim üçün qürurverici məqamdır. Biz qitənin daha da rəqəmsal və innovativ gələcəyini qurmağa dəstək olmağa davam edirik və “Azconnexus” bu istiqamətdə əsas həllərimizdən biridir”, – deyə “Azərkosmos”un satış direktoru Sənan Həsənov bildirib.

Şirkət nümayəndələri tərəfdaşlara davamlı əməkdaşlığa görə təşəkkür edib, qarşıdakı məqsədlər, regionun artan rabitə ehtiyacları və rəqəmsallaşma prosesində peyk texnologiyalarının rolu barədə müzakirələr aparıblar. Bu dialoqlar nəticəsində bir sıra yeni təşəbbüslər və mümkün əməkdaşlıq imkanları formalaşıb ki, bu da “Azərkosmos”un Afrika bazarındakı mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri