Icma.az
close
up
RU
AzMİU müəlliminin tədqiqatı tikinti müəssisələrinin innovativ fəaliyyətini aktivləşdirə bilər

AzMİU müəlliminin tədqiqatı tikinti müəssisələrinin innovativ fəaliyyətini aktivləşdirə bilər

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının baş müəllimi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Bununla əlaqədar olaraq ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru diplomu təqdim edilib.

Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.

Orxan Naqdiyevin “Azərbaycan Respublikasında tikinti müəssisələrinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsində investisiya-innovasiya fəaliyyətinin idarə edilməsi və təkmilləşdirilməsi istiqamətləri” mövzusunda hazırladığı elmi araşdırma ölkə iqtisadiyyatının strateji sahələrindən olan tikinti sektorunda innovativ idarəetmənin yeni metodlarını elmi əsaslarla ortaya qoyur. Tədqiqatda tikinti məhsullarının rəqabət üstünlüklərinin artırılması məqsədilə reproduktiv-təkamül yanaşması əsasında strateji model hazırlanıb. Bu model tikinti müəssisələrinin texnoloji inkişafı, innovativ fəaliyyətin aktivləşdirilməsi, beynəlxalq keyfiyyət standartlarına uyğunluq və sosial məsuliyyət prinsiplərinin tətbiqi kimi vacib istiqamətləri əhatə edir.

Dissertasiya işinin nəticələri praktiki baxımdan da əhəmiyyətlidir. Tədqiqat nəticəsində əldə olunan təklif və tövsiyələr tikinti müəssisələrində innovasiya-investisiya fəaliyyətinin daha səmərəli idarə olunması və bu sahədə milli inkişaf strategiyasının təkmilləşdirilməsinə töhfə vermək imkanına malikdir. Araşdırmanın nəticələri, həmçinin sahə üzrə metodoloji sənədlərin və normativ bazanın hazırlanmasına töhfələr verə bilər.

Alimlik dərəcəsini qazandıqdan sonra Orxan Naqdiyev gələcək fəaliyyətində elmi-pedaqoji sahədə işlərini daha da genişləndirməyi, mövzu ilə bağlı nüfuzlu beynəlxalq elmi bazalarda məqalələrinin sayını artırmağı qarşısına məqsəd qoyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri