AzMİU nüfuzlu beynəlxalq reytinq sistemində uğura imza atdı FOTOLAR
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq akademik reytinqdə mühüm uğur qazanıb.
"Unikal" xəbər verir ki, universitet dünyada nüfuzlu “Higher Education” reytinq sistemində 422 iştirakçı universitet arasından 101-ci pilləyə yüksəlib və ölkə üzrə ilk üçlükdə qərarlaşıb. Bu uğur AzMİU-nun akademik fəaliyyəti və təhsil keyfiyyətinin beynəlxalq aləmdə tanınmasında mühüm mərhələdir.
Reytinqdə əldə olunan uğurlu nəticə AzMİU-nun elm, təhsil və tədqiqat sahəsindəki inkişafını, həmçinin dünya səviyyəsindəki əhəmiyyətini nümayiş etdirir. Universitetin qabaqcıl təhsil metodları, beynəlxalq əməkdaşlıqları, müasir infrastrukturu və tələbə-müəllim heyətinin yüksək peşəkarlığı nailiyyətin əsas amilləri sırasında yer alır.
AzMİU-nun reytinqdəki hazırkı mövqeyi universitetin gələcəkdə daha böyük uğurlar qazanmağa və daha çox beynəlxalq layihələrə imza atmağa stimul yaradır.
Universitet rəhbərliyi bu uğuru təhsil sahəsində irəlilətmək, beynəlxalq əməkdaşlıqları genişləndirmək və ölkənin təhsil sistemindəki mövqeyini gücləndirmək məqsədilə əlavə tədbirlər görməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 02 Aprel 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















